...

Azərbaycanın şimalında yeni piyada körpüsü istifadəyə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2008 18:18 (UTC +04:00)

Azərbaycan, Xaçmaz, 12 iyun/ Trend , müxbir A.Qafarov/ Azərbaycanın şimalında yerləşən Quba rayonunun Amsar kəndində (paytaxt Bakıdan 170 kilometr şimalda) cümə axşamı yeni piyada körpüsü istifadəyə verilib.

Körpü Amsar kəndini iki hissəyə ayıran Ağçay üzərində tikilib. Burada ilk körpü 1972-ci ildə tikilib. Körpü taxta konsturksiyalardan tikildiyindən, sel yuyub aparıb.

Yeni körpünün tikintisi 20 min manata başa gəlib və Amsar kənd bələdiyyəsinin vəsaiti hesabına tikilib. Uzunluğu 2 kilometrə yaxın olan piyada körpüsünün tikintisi 2 aya başa çatdırılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: cap

Xəbər lenti

Xəbər lenti