...

Azərbaycanda səhiyyənin inkişafına dörd dəfədən artıq vəsait ayrılır – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2008 20:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir S.Babayeva/ Son beş ildə Azərbaycanda səhiyyə sahəsinin inkişafına ayrılan vəsait dörd dəfədən çox artıb. Bu barədə cümə günü səhiyyə naziri Oqtay Şirəliyev bildrib. Nazir ayrılan vəsaitlərin dəqiq məbləğini açıqlamayıb.

"Bu həm dövlət büdcəsi, həm dövlət başçısının ehtiyat fondu və müxtəlif investisiya layihələri və proqramları hesabına mümkün olub", - deyə nazir bildirib.

Onun sözlərinə görə, təkcə son iki il ərzində təxminən 80 tibbi müəssisə təmir və bərpa olunub və müasir avadanlıqla təchiz edilib.

"Biz bu vəsaitləri məqsədəuyğun şəkilə sərf etməyə çalışırıq", - deyə Şirəliyev bildirib.

Son vaxtlar böyrək, qan çatışmazlığından əziyyət çəkən xəstələr, həmçinin, şəkərli diabet və onkoloji xəstələrə yardım üzrə doqquz Dövlət Proqramı qəbul olunub

Xəbər lenti

Xəbər lenti