...

Dövlət Statistika Komitəsi Azərbaycanda rəsmən qeydə alınmış işsizlərin sayını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2008 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend , U.İsmayılova / 2008-ci il iyunun 1-nə olan məlumata görə, Azərbaycanda rəsmi olaraq 45,146 min nəfər işsiz qeydə alınıb, bunlardan 47,7 faizi qadındır. Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ölkədə bir vakant yerə dörd işsiz tələb olunur.

Bu dövr ərzində ölkənin əmək qabiliyyətli əhalisi 4303,7 min nəfərdir, bunlardan 1372,2 min nəfəri muzdla işləyir. Muzdla işləyənlərin 20,8 faizi istehsal sahəsində fəaliyyət göstərir. Bunlardan 13,4 faizi sənaye, 4,7 faizi tikinti, 2,7 faizi kənd təsərrüfatı, meşəçilikdə, balıqçılıq sahələrində işləyir.

Qeyri - istehsal sektorunda işləyənlərin 25,3 faizi təhsil sahəsində, 19,6 faizi - topdan və parakəndə ticarət, avtomobil, məişət əşyalarının və şəxsi istifadə əşyalarının təmirində, 10 faizi - səhiyyə və sosial xidmətlər sahəsində, 6,9 faizi - nəqliyyat, rabitə, 6,1 faiz - kommunal, sosial sahədə və şəxsi xidmətin göstərilməsi, 5 faiz - daşınmaz əmlak, kirayə əməliyyatlarında, 3,9 faiz - dövlət idarəsi və mühafizəsi sahəsindədir.

İşsizlik üçün pul köməyinin orta məbləği 108 manat təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün ünvan: cap

Xəbər lenti

Xəbər lenti