...

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi üç dondurma istehsalçısının fəaliyyətini dayandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2008 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir S.Babayeva / Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi 20 gün ərzində üç dondurma istehsalçısının fəaliyyətini dayandırıb. Bu barədə cümə günü Agentliyin rəhbəri Ramiz Həsənov bildirib.

"Qərar keyfiyətsiz məhsul istehsalına səbəb olan ,istehsalçıların işində aşkarlanan nöqsanlara görə qəbul olunub", - deyə o bildirib.

Həsənov Dövlət Agentliyinin məhsulun keyfiyətinə nəzarəti gücləndirdiyi barədə bütün istehsalçılar xəbərdarlıq edib.

İyunun əvvəlindən təşkilat çörək, süd məhsulları, kolbasa məmulatı, alkoqolsuz içkilər üzrə 18 müəssisədə bir sıra nöqsanlar aşkar edib.

Xəbər lenti

Xəbər lenti