...

IFC Azərbaycanda korporativ idarəetmə layihəsinin II fazasına start verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2008 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir U.İsmayılova/ Beynəlxalq Maliyyə Korporasiyası (IFC) İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyi - SECO -nun maliyyə dəstəyi ilə reallaşdırılan Azərbaycanda korporativ idarəetmə layihəsinin II fazasını təqdim edib. SECO üç illik layihəyə 2,9 mln. dollar məbləğində vəsait ayırıb.

Layihə direktoru Kerolayn Brayt bildirib ki, layihənin II fazasının I fazadan müəyyən fərqi var: "Əgər layihə əvvəllər kredit alanlara və ya kapitalında beynəlxalq institutların iştirak etdiyi şirkətlərə aid edilirdisə, indi biz özəl banklar, sığorta şirkətləri və mikromaliyyələşmənin digər maliyyə institutları ilə işləmək niyyətindəyik".

Braytın sözlərinə görə, banklar və sığorta şirkətləri ilə iş onların portfellərində risklərin azalmasına yardım edəcək. Layihənin yeni fazanın daha bir fərqi ondan ibarətdir ki, əməkdaşlığın son mərhələsində IFC korporativ idarəetmə sisteminin tətbiqi üzrə sadəcə məsləhət xidməti deyil, pullu xidmət göstərəcək.

Layihənin reallaşdırılması zamanı altı pilot şirkət seçiləcək. Layihənin II fazasının dəyəri 4 mln. dollardan çox təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti