...

Azərbaycanda yeni beynəlxalq limanın tikintisi 2008-ci ilin sonu-2009-cu ilin əvvəlinə planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2008 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul/ Trend , müxbir E.İsmayılov/ Azərbaycanda yeni beynəlxalq dəniz ticarət limanının tikintisi üzrə işlərin başlanılması bu ilin sonu-gələn ilin əvvəlinə planlaşdırılır, - Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

"İlin sonunadək yeni limanın tikintisi üçün işçi layihələr və zəruri texniki vasitələr hazır olacaq", - Pənahov bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə Ələt qəsəbəsində layihənin həyata keçirilməsi üzrə yük daşımalarının həcmi 6 milyon ton təşkil edəcək."

Limanın iqtisadi nöqteyi nəzərdən tikintisi rasionaldır. Limanın böyük nəqliyayt dəhlizlərinin yerləşdiyi Ələt qəsəbəsinə köçürülməsi daşımaların effektlivliyini artıracaq və eyni zamanda həcm də artacaq. "Daşımaların həcminin artması iqtisadi nöqteyi-nəzərdən bu limanın rasional işini təmin edəcək", - Pənahov qeyd edib. Daşımaların həcminin artması ilə yanaşı, tikintinin ikinci və üçüncü mərhələlərinin həyata keçirilməsi müəyyənləşdiriləcək.

İlkin qiymətləndirmələrə əsasən, liman $396 milyon, neft terminalı ilə isə $450 milyondan artıq dəyərləndirilib. Lakin son məlumatlara əsasən, ilkin mərhələnin tikintisi əvvəllər planlaşdırılan $225 milyondan $300 milyonadək artıb.

Limanın tikintisi üç mərhələdə planlaşdırılır. Birinci mərhələ 2008-2011-ci illəri, ikinci 2011-2013-cü illəri, üçüncü isə 2013-2015-ci illəri əhatə edəcək.

Onların hər birində quru yüklər üçün meydançanın, konteyner terminalının və böyük park kimi müəyyən infrastrukturların yaradılması planlaşdırılıb.

Hökumət  infrastrukturun yaradılmasını öz vəsaitləri hesabına həyata keçirmək niyyətindədir. Lakin işin 80 faizi xarici sərmayələr hesabına maliyyələşə bilər. Nəqliyyat Nazirliyi nümayəndəsinin sözlərinə görə, hazırda  "JS Engineering & Construction" və Maliyyə Nazirliyi arsında maliyyə şərtlərinin müzakirəsi aparılır. Layihənin maliyyələşdirilməsinə Asiya İnkişaf Bankı, EBRR, Dünya Bankı, Amerika bankları və b. maraq göstərir.

Xəbər lenti

Xəbər lenti