...

"Bank Respublika" əmanətlər üzrə illik faiz dərəcələrini 15 faizədək artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2008 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul/ Trend / "Bank Respublika" "Əmanət şərtinin seçim azadlığı"depozit məhsulu üzrə əmanət faizlərini artırıb, - bankın çərşənbə axşamı yaydığı məlumtda deyilir.

Şərtlərə əsasən, manat və ABŞ dolları üçün maksimal faiz dərəcəsi illik 15 faiz təşkil edir və 2 000 AZN / USD başlayan məbləğlərə 36 aya, faiz müddəti başa çatan zaman ödənilməklə verilir.

2000 AZN / USD başlayan məbləğlərin əsas müddətlər üzrə illik faiz dərəcələri:

Əmanətin müddəti (aylar)

Faizlər ayda bir dəfə alındıqda

Faizlər müddətin sonunda alındıqda

3

8.7%

9.0%

6

10.7%

11.2%

9

11.1%

11.7%

12

12.6%

12.9%

18

12.8%

13.5%

24

13.1%

14.0%

30

13.3%

14.5%

36

13.5%

15.0%

"Bank Respublika" əmanətlərin qoyulması üzrə məhdudiyyətlər tətbiq etmir və müştəriyə əmanətin qoyulması üzrə seçim etmək imkanı verir. Bankın əmanətçiləri əmanətin məbləğ və müddətindən asılı olaraq, MasterCard və VISA kartlarını 45 günədək faizsiz kreditlə ala bilərlər, həmçinin "Home Banking" xidmətindən istifadə edə, bankın hesabına tibbi sığorta və güzəştli kredit ala bilərlər.

Yeni şərtlərə görə, bankın əmanətçiləri əmanətin məbləğ və müddətindən asılı olaraq, "MobilBank" xidmətinə pulsuz qoşula və bank seyfindən istifadə edə bilərlər.

Bütün əmanətçilər hər ay iki $1 000 pul mükafatı və daha 5 əlavə mükafat oynanılan uduş kampaniyasında iştirak edirlər. Əlavə mükafat udan əmanətçilər arzularına uyğun 300 manat məbləğində mobil telefon, rəqəmsal fotoaparat, DVD pleyer, qol saatı və ya  iPod müsiqi pleyerini seçə bilərlər.

Uduş kampaniyasında "Bank Respublika" müştərilərinin altı ay müddətindən və 1000 AZN / USD / EUR məbləğindən az olmayan əmanətləri iştirak edir. Hər 1000 AZN / USD / EUR əmanətinə ayda bir dəfə uduş şansı düşür.

"Bank Respublika" "Əmanətlərin sığortalanması" qanununa əsasən yaradılan Əmanətlərin Sığortalanması  Fondunun üzvüdür. "Bank Respublika"ya qoyulan əmanətlər fondun şərtlərinə uyğun olaraq sığortalanır.

Xəbər lenti

Xəbər lenti