...

Azərbaycan şirkətlərinin deməyə sözü var: Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2008 04:04 (UTC +04:00)
Azərbaycan şirkətlərinin deməyə sözü var: Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə müsahibə

Azərbaycan, Bakı, 8 iyul / Trend müxbir Ü.İsmayılova/ İlk dəfə Bakıda 10-11 iyulda Azərbaycanın Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə I Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək. Forumun məqsədi ölkənin sığorta bazarı, sığorta xidmətləri bazarında inteqrasiya proseslərinin inkişafı, dünya sığorta ictimaiyyəti üzvlərinin konsolidasiyası, təcrübə mübadiləsi, sığortaçıların işgüzar görüşləri və tərəfdaş əlaqələrinin inkişafı ilə bağlı məlumatların çatdırılmasından ibarətdir.

Forumun rəsmi sponsorları rolunda bu kimi sığorta şirkətləri çıxış edirlər: Standard Insurance, Bakı Sığorta, ATA Sığorta , Azər Sığorta, Atəşgah, AZ Sığorta, Beynəlxalq Sığorta Şirkəti, AzRE təkrar Sığorta, MBASK və "Rusiyanın Sığorta cəmiyyəti". Audatex, FADATA, A Group, Alfa Insurance, Polish Reinsurance Company, ROSNO, Thames Insurance Group, UnityRe, SFS, Ingosstrakh, Qarant Sığorta kimi qurumlar da sponsorlar kimi çıxış edirlər.

Foruma informasiya dəstəyini Trend agentliyi verir.

Forum öncəsi Trend -ın Azərbaycanın Sığortaçılar Assosiasiyasının icraçı direktoru Qafar Məcidovla müsahibəsi:

- Beynəlxalq sığorta forumu Azərbaycanda ilk dəfə keçirilir. Forumdan nə kimi gözləntiləriniz var və hazırlıqla bağlı təşkilati işlər necə keçdi?

- Həqiqətən də elə bir situasiya yaranıb ki, biz ilk dəfə dünya səviyyəsində tədbir keçə bilirik. Sığortaçılar ümumiyyətlə səyahət etməyi xoşlayırlar, ona görə də bizim üçün top-menecerlərin təqvimində sərbəst gün tapmaq müvəffəqiyyətdir. Sığorta forumun ona görə keçirilir ki, Azərbaycanın sığorta bazarı bu cür tədbirin keçirilməsi üçün kifayət qədər inkişaf edib. Yerli iri sığorta şirkətlərinin xarici investorlara deməyə sözü var. Azərbaycan bazarı artıq bir çox xarici şirkətlərə üçün maraq doğurur.

- Hansı iri sığorta şirkətləri bu foruma qatılacaqlar?

- Forumda çoxlu sayda bizə dost olan şirkətlər yer alacaq. Həmin şirkətlər artıq yerli sığorta şirkətləri ilə işləyirlər ya da işləmək niyyətindədirlər. Onlar əsasən sığortaçılardır. Sığorta şirkətlərlə yanaşı tədbirə sığortaya yaxın şirkətlər, yəni şirkətlərin normal fəaliyyəti üçün avadanlıq və proqram təminatını satan şirkətlər, habelə sığorta şirkətlərinin xaricdə fəaliyyətlərini koordinasiya edən assosiasiyalar, ittifaqlar və QHT-lər qatılacaqlar.

Forumda Azərbaycanın maliyyə və iqtisadi inkişaf nazirliklərinin nümayəndələri, Milli Məclis üzvləri, ABŞ, Rusiya, Hindistan, Şərqi və Qərbi Avropa dövlətlərində fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak edəcək.

- Nəyə görə forum Xəzər dənizi sahilində yerləşən otellərin birində keçiriləcək?

- Forumun keçiriləcəyi yer təsadüfi seçilməyib. İstəyirik ki, işgüzar şəxslər şəhərimizin ruhunu hiss etsinlər və başa düşsünlər ki, burada işləməklə yanaşı dincəlmək də olar.

- Forum hansı xarakter daşıyır?

- Forum birmənalı olaraq ölkənin investisiya mühiti ilə tanışlıq və xarici şirkətlərin Azərbaycanın sığorta bazarına cəlb edilməsi xarakteri daşıyır.

- Bu forum yerli şirkətlərə və ümumillikdə bazara nə verəcək?

- Zənnimcə, Bakıda bu cür irimiqyaslı tədbirin keçirilməsi artıq müsbət haldır. Çünki bu, xarici şirkətlərlə əməkdaşlığın inkişafı və genişləndirilməsi üçün şərait yaradacaq. Bəlli olduğu kimi hamı iri risklərin sığortası sahəsindəki əməkdaşlığın yaradılması məqsədilə öz əməkdaşlarını digər ölkələrə ezam edə bilmirlər. Forum isə bunun üçün ideal variant olacaq. Tədbir hələ başlamayıb. Lakin orada iştirak edən şirkətlər artıq sığortaya yaxın şirkətlərə maraq göstərirlər.

- Forumdan sonra Assosiasiyanın hansı planları var?

- Tədbir bitdikdən dərhal sonra, yəni iyulun 14-də, Assosiasiya maliyyə nazirliyi ilə birgə aktuariylərin dörd aylıq kurslarını təşkil edəcək. Bu isə ölkədə sığorta məktəbinin tətbiqinin başlanğıcıdır. Həmin məktəbin açılması Assosiasiyanın yarandığı gündən planda dururdu.

Aktuariy ї dəbdə olan yüksəködənişli peşədir. Azərbaycanın sığorta şirkəti aktuariylərə ehtiyac duyur. Dünyada peşakər aktuariylərin sayı azdır. Bu, uzunmüddətli təhsil prosesidir. Assosiasiya dörd ayda təhsil almaq imkanı yaradır. Kursun ilk mərhələsini aktuar işinin mütəxəssisi Maykl Dzi keçirəcək. Onun bir ay vaxtının qiyməti 40 min dollardan çoxdur.

Xəbər lenti

Xəbər lenti