...

Enerji daşıyıcıları və ərzaq mallarına olan yüksək qiymətlər dünya iqtisadiyyatının yüksəlişini şübhə altına alır - Yaponiyanın Baş naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2008 16:48 (UTC +04:00)

Azərbayacn, Bakı, 09 iyul/ Trend , müxbir A.Bədəlova/ Enerji daşıyıcıları və ərzaq mallarına olan qiymətlərin artması dünya iqtisadiyyatının stabil yüksəlişini şübhə altına alır,- çərşənbə günü "Vesti" tekekanalı ilə birbaşa yayımlanan "böyük səkkizliy"in görüşünün nəticələrinə həsr edilən mətbuat konfransında Yaponiyanın baş naziri Yasua Fukuda deyib.

"Enerji daşıyıcıları və ərzaq malları qiymətlərinin artmasına inflyasiyanın təzyiqi də əlavə olunur ki, bu da qarşımızda böyük vəzifələr qoyur və iqtisadiyyatın stabil artımını şübhə altına alır", - Fukuda qeyd edib.

Onun sözlərinə görə, neftin qiymətinə gəldikdə isə, hər şeydən əvvəl tələb və təklifin tarazlığını yaxşılaşdırmaq lazımdır.

"Neft və ərzaq mallarının qiymətlərinin hazırkı artımı aşağı düşəcək. Biz problemləri uzunmüddətli perspektiv üçün həll etməliyik", - Fukuda bildirib.

Baş nazir qeyd edib ki, "böyük səkkizlik" enerji effektivliyi üzrə görüşün keçirilməsi barədə təşəbbüs irəli sürüb. İlk görüş payızda Yaponiyada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti