...

Bakı Banklararası Valyuta Birjası iyulun 14 -nə olan ticarətin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2008 21:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, iyulun 14 - də USD/AZN ortaölçülü məzənnəsi, hər ABŞ dollarına görə, 0,8054 AZN təşkil edib. Bu barədə Birjanın bazar ertəsi yayılan məlumatında deyilir.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8071 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 805 700 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0014 bənd qalxıb və 0,8057 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 1 727 162 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8052 AZN təşkil edib.

Hər iki sessiyanın nəticələrinə görə, ümumi həcm USD/AZN aləti üzrə $ 5 195 000 ABŞ dolları və ya 4 184 547 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 649 375 ABŞ dolları düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 16,00%, ABŞ dolları üzrə isə, illik 16,83% təşkil edib.

Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti