...

Bakı Fond Birjasında DQİ yerləşdirilməsi keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2008 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul/ Trend / İyulun 21- də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10204120S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Birjanın bazar ertəsi yayılan məlumatında deyilir.

Üç sərmayədar tərəfindən təqdim edilən sifarişlərin ümumi həcmi nominal üzrə ümumi məbləği 241 200 manat təşkil edib.

Sifarişlər 97.40% (gəlirlik 11.46%) qiymətində təqdim edilib.

Maliyyə Nazirliyi hərracı baş tutmamış elan edib.

Xəbər lenti

Xəbər lenti