...

Yeni enerji nəhəngi Gaz de France-Suez Avropa bazarında lider olacaq - beynəlxalq ekspertlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2008 10:40 (UTC +04:00)
Yeni enerji nəhəngi Gaz de France-Suez Avropa bazarında lider olacaq - beynəlxalq ekspertlər

Azərbaycan, Bakı, 22 iyul/ Trend , müxbirlər A.Bədəlova, V.Javoronkova/ Fransa hökuməti dövlət müəssisəsi Gaz de France və özəl şirkət Suez-in birləşməsi nəticəsində yaranan enerji nəhəngini, Avropa və beynəlxalq arenada liderə çevrilməyə ümid edir, - Panteon-Assas Paris Universitetinin ictimai iqtisadiyyat laboratoriyasının direktoru Bertran Leminiser hesab edir.

Keçən həftə  Gas de France (GDF) və Fransa-Belçika şirkəti Suez birləşmələri haqqında elan ediblər və nəticədə Avropanın qaz, elektrik və su təchizatı sahəsində ən iri enerji şirkəti yaranıb. GDF-Suez böyüklüyünə görə Avropanın üçüncü enerji şirkəti və regionda ən böyük sıxılmış təbii qaz satıcısı olacaq. Şirkətin Avropa bazarında payı 25 faizi ötəcək.

"Əgər bu cür birləşmə miqyaslı effekt versə və xərcləri azaltsa, Avropa və dünyanın digər istehlakçıları aşağı qiymətlərdən yararlana biləcəklər. Əks halda, bu birləşmənin real qalibləri səhmdarlar olacaq", - çərşənbə axşamı   Trend -a elektron poçtla Leminiser bildirib.

Onun sözlərinə görə, yeni birləşmə GDF-in özəlləşdirilməsinin üsullarından biridir. Dövlətin GDF-in səhmlərində payı 79,8 faiz idi.

"İndi dövlətin yeni şirkətdə payı 35,7 faiz olacaq. Suezin səhmdarları yeni birləşmədə 55 faiz, GDF-in səhmdarları isə 45 faiz alacaqalar", - Leminiser deyib.

Leminiserin dediyinə görə, bu birləşməyə əks çıxanlardan biri,  birləşmənin Aİ-də rəqabəti çətinləşdirəcəyindən etiyat edən Avropa İttifaqıdır. O, milli yox, bazar qüvvələri ilə müəyyənləşən xarici əməkdaşlığa üstünlük verir.

"Son iki il ərzində Aİ-nin Komissiyası milli maraqların bazar prinsiplərini üstələməsindən şikayət edərək, Avropanın enerji sektorunda edilən bəzi dəyişikliklərə etiraz edib. Bununla belə, Aİ-nin icraedici komissiyası məsələni öyrəndikdən sonra birləşməni 2006-cı ilin noyabrında təsdiq etdi", - Leminiser qeyd edib.

Onun sözlərinə görə, birləşməyə qarşı çıxan ikinci və güçlü əleyhdar fransız sol qanadı və birləşmədə GDF-in özəlləşdirələcəyindən qorxan Həmkarlar İttifaqı idi.

Öncədən saziş əksər Həmkarlar İttifaqları və istehlakçı təşkilatların əks çıxdığı GDF-in özəlləşdirilməsini tələb edirdi. Birincilər şirkətdə olacaq ixtisardan, ikincilər isə qiymət artımından ehtiyat edirdilər.

İtaliyanın Bruno Leoni institutunun energetika şöbəsinin direktoru Karlo Staqnorun (Carlo Stagnaro) fikrincə, yeni şirkət az iqtisadi üstünlüklə, siyasi nöqteyi-nəzərdən təqdim edilib.

"Təəccüblü deyil ki, tarixin müəyyənləşməsi üçün iki il vaxt lazım olub", - Trend -a elektron poçtla Staqnaro deyib.

İki şirkətin birləşməsi planı haqqında ilk dəfə 2006-cı ilin fevralında danışmağa başladılar. Lakin müxtəlif məsələlərə dair razılığa gəlmək üçün iki il vaxt lazım oldu. Cari il iyunun 4-də GDF və Suez-in birləşməsinə dair sazişi Gaz de France-ın, daha gec isə Suezin Вirektor şuraları təsdiq etdilər.

Staqnaronun sözlərinə görə, yeni birləşmədə fransız hökumətinin payının azalmasına baxmayaraq, şirkətin strategiyası əsas etibarilə siyasətlə müəyyənləşəcək.

"Bir tərəfdən, o, Fransanın qaz və elektrik enerjisi sektorunda inhisarı gücləndirəcək, digər tərəfdən, Avropanın qalan hisəsində milli lider kimi funksiya daşıyacaq", - Staqnaro yazır.

Onun sözlərinə görə, iki şirkətin birləşməsi ilə bağlı niyyət , İtaliyanın enerji şirkəti Enel-in Suez-in aktivlərinin əldə edilməsinin qarşısını alamğa istiqamətlənib.

"2006-cı ilin əvvəlində Franasnın Baş naziri Dominik de Vilpen (Dominique De Villepin) birləşmə haqqında camaat qarşısında bəyan edib. Onun əsl səbəbləri göstərməməsinə baxmayaraq, birləşmənin İtaliyanın enerji şirkəti Enel-in Suez-in aktivlərinin əldə edilməsinin qarşısını alamğa istiqamətləndiyi aydın idi", - Staqnaro qeyd edir.

2006-cı ildə  İtaliyanın enerji şirkəti Enel axırıncının Gaz de France-la birləşmədən imtina etməli olacağı fransız Suez-in Belçika aktivlərinin alınmasında maraqlı olduğunu bəyan edib. Suez rəqabətin güclənməsi üçün GDF-lə saziş bağlanandan sonra iki şirkətə Belçika enerji bazarının 30 faizini verməyə razılıq verib.

Xəbər lenti

Xəbər lenti