...

Azərbaycan çirkli pulların yuyulması ilə mübarizə tədbirləri üzrə Avropa Şurası ilə məsləhətləşmələri davam etdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2008 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul/ Trend , müxbir İ.Xəlilova/ "Çirkli" pulların yuyulması ilə mübarizə üzrə İdarələrarası işçi qrup "Çirkli pulların yuyulması ilə mübarizə haqqında" Qanun layihəsi üzrə Avropa Şurası ilə məsləhətləşmələri davam etdirmək niyyətindədir. Bu barədə qrupun rəhbəri, Azərbaycan Milli Bankı İdarə Heyətinin sədr müavini Rüfət Aslanlı məlumat verib. Qanun layihəsi artıq nəzərdən keçirilmək üçün Milli Məclisə təqdim edilib.

"Həm parlamentarilər, həm də ABŞ -ın Ədliyyə Departamentinin, Avropa Şurasının ekspertlərinin sənədə dair çox sayda sualları var, - Aslanlı qeyd edib. Biz bir neçə ildir ardıcıl olaraq ictimaiyyəti məlumatlandırırıq. Lakin bu iş davam etdirilməlidir; qanun layihəsinin mahiyyətini dərk edilməsi səviyyəsi bu istiqamətdə əlavə səylər tələb edir".

Onun rəyinə görə, iyulun 22 - də Bakıda keçirilən və çirkli pulların yuylması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizəyə həsr olunmuş seminarda bir çox problemlər səsləndirilməyib. Tədbir Azərbaycan hökumətinin Korrupsiya ilə Mübarizə üzrə Dövlət Komissiyası və ABŞ -ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə ABŞ -ın Ədliyyə Departamenti və Avropa Şurası tərəfindən təşkil edilib.

Xarici ekspertlərin rəyinə görə, nəzarət mexanizminin mövcud olmadığı ölkələrdə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi riski bu mexanizmin mövcud olduğu ölkələrə nisbətən daha yüksəkdir;bu, yüksək gəlirlərin əldə edilməsi imkanlarını azaldır. Onlar hesab edirlər ki, beynəlxalq standartlara tam müvafiq olmaq üçün, bu qanun layihəsinin müəyyən sahələrinə yenidən baxmaq lazımdır. Bu, xüsusilə də şübhəli əməliyyatlar üzrə hesabatlılıq, dövlətlərarası pul dövriyyəsi üzrə hesabatlılıq, həmçinin, hesabat qanunlarının gücləndirilməsi çərçivəsində maliyyə və biznes-öhdəliklərinə toxunur. Çirkli pulların yuyulması üzrə təşkilatlarla əməkdaşlıq, müsadirə mexanizmlərinin, pulların nəqd formada keçdiyi gömrük orqanları ilə, beynəlxalq əməkdaşlıq təşkilatları ilə iş mexanizmlərinin yaradılması çox vacibdir.

Birinci oxunuş zamanı parlamentdə maliyyə axınlarının şəffaflığının təmin edilməsi mexanizmi, öhədliklərin müəyyən edilməsi barədə müxtəlif fikirlər səsləndirilib. Qanun məbləği 20 min manatı ötən müqavilə və əməliyyatlar üzrə monitorinq sistemini tətbiq edir. Kredit təşkilatları, sığorta və təkrarsığorta təşkilatları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, kredit təşkilatlarının lizinq xidmətləri, poçt bölmələri və digər təşkilatlar vasitəsilə pul köçürmələri, lombardlar, investisiya fondları, qiymətli daş və metallarla əlaqədar müqavilələr və onlardan hazırlanmış məmulatların alqısı, qeyri -hökumət və dini təşkilatlar, lotereya təşkilatçıları, daşınmaz əmlakın alqı-satqısı xidmətləri göstərən şəxslər (rieltorlar), həmçinin, vəkillər, auditorlar, daşınmaz əmlakla əlaqədar müqavilələr, müştəri vəsaitləri, qiymətli kağızlar və əmlak, müştəri bank və depo- hesabları monitorinqə məruz qala bilər. Monitorinqin aparılması üçün xüsusi dövlət orqanı yaradılacaq.

Qanun qəbul edildikdən sonra, payız sessiyasında hökumətin növbəti öhdəliyi Maliyyə Kəşfiyyatı Orqanının yaradılması ola bilər.

İyulun 23-nə olan cari məzənnə -- 0,8065 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti