...

Bank Standard $28 mln. məbləğində sindikatlaşdırılmış kredit cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2008 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul/ Trend / "Citibank N.A." və "Standard Bank Plc" "Bank Standard"la aparılan danışıqların uğurla başa çatdığını və bu banka sindikatlaşdırılmış kreditin təqdim olunması barədə müqavilənin imzalandığını elan edib. Bu barədə cümə axşamı bankdan məlumat veriblər.

İlkin mərhələdə təşkilatçı banklar tərəfindən $20 mln. həcmində kredit xəttinin açılması planlaşdırılıb. Dünya maliyyə bazarında böhran olmasına baxmayaraq, kreditin məbləğinə yenidən baxılıb və onun həcmi 40% artırılıb. Sözü gedən sindikatlaşdırılmış kredit Azərbaycan bankı üçün xarici supranasional maliyyə institutunun iştirakı olmadan ayrılan ilk 2 illik kommersiya tranşıdır. Beləliklə, kreditin məbləği $28 mln.-dək yüksəlib.

Kredit iki hissədən ibarətdir. 12 ay müdətinə təqdim olunan $17,5 mln. həcmindəki ilk tranş üçün libor + 3%, 2 il müddətinə nəzərdə tutulan $10,5 mln. həcmindəki ikinci tranş üçün isə libor + 4% faiz dərəcəsi tətbiq olunacaq. Kredit korporativ müştərilərə, o cümlədən, ticarət əməliyyatlarının maliyyələşdirilməsinə yönəldiləcək.

KreditorKreditin məbləği

12-aylıq tranş

Standard Bank Plc$4 mln. Citibank N.A.2,5 mln. ABŞ dolları

AKA Ausfuhrkredit Gesellschaft mbH$2,5 mln.

Garanti International Bank$2,5 mln.

JP Morgan$2,5 mln.

Wachovia$2,5 mln.

FBN Bank (UK) Ltd$1 mln.

Cəmi: $17,5 mln.

24-aylıq tranş

Standard Bank Plc$5 mln.

Citibank N.A.$2,5 mln.

OTP Bank$3 mln.

Cəmi: $10,5 mln.

"Bank Standard" aktivlərin ümumi həcmi, kredit və depozit portfellərinin həcminə görə Azərbaycanın ən böyük özəl bankıdır. Bank "Moody"dən B1 səviyyəsində reytinqin sahibidir. 30 iyun 2008-ci il tarixinə "Bank Standard"ın aktivlərinin ümumi həcmi 690,9 mln. manat ($851.2 mln.), ayrılan kreditlərin həcmi 439,1 mln. manat ($541,1 mln.), müştəri hesablarında olan vəsaitlərin həcmi isə 259,8 mln. manat ($320,1 mln.) təşkil edib.

Xəbər lenti

Xəbər lenti