...

Azərbaycan hökumətinə auditor fəaliyyəti haqqında yeni Qanun layihəsi təqdim edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2008 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul/ Trend müxbir Ü.İsmayılova/Azərbaycanın Auditorlar Palatası ötən həftə Nazirlər Kabinetinə "Auditor Fəaliyyəti haqqında" qanun layihəsi təqdim edib. Bu barədə bazar ertəsi Elmi Məsələlər üzrə Palata rəhbərinin müşaviri Nəcəf Talıbov məlumat verib.

"Yeni Qanun layihəsində 22 əlavə təklif olunub", - o söyləyib.

Talıbovun sözlərinə görə, əsas yeniliklər aşağıdakılardır:

- Azərbaycanda auditor işinin qabaqcıl inkişafının təmin edilməsi,

- yüksək ixtisaslı kadrların inkişafı,

- auditorların məsuliyyətinin artırılması,

- auditorların məsuliyyətinin icbari sığortası,

- auditor fəaliyyəti üzərinə nəzarət,

- peşəkar redaktə.

Talıbovun sözlərinə görə, ilkin olaraq, mövcud Qanuna əlavə və dəyişikliklər etmək nəzərdə tutulub, lakin təkliflərin sayı çox olduğundan, yeni qanun layihəsi hazırlamaq qərara alınıb.

Azərbaycanda "Auditor fəaliyyəti haqqında" Qanun 1994 - cü il sentyabrın 16 - da qəbul edilib. 1996, 2001, 2002, 2004 və 2005 illərdə Qanuna dəyişiklik və əlavələr qəbul edilib.

Azərbaycanın Auditorlar Palatası 1995 - ci ilin sentyabrında təsis edilib və 1996 - cı ilin aprelində aktiv fəaliyyətə başlayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: cap

Xəbər lenti

Xəbər lenti