...

BVF-in Azərbaycanda iqtisadi azalmanın başlaması barədə proqnozları əsassızdır - ekspert (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2008 15:10 (UTC +04:00)
BVF-in Azərbaycanda iqtisadi azalmanın başlaması  barədə  proqnozları əsassızdır - ekspert (video)

Azərbaycan, Bakı, 31 iyul/ Trend , müxbir Ü.İsmayılova/ Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanda iqtisadi azalmanın başlaması barədə proqnozları əsassızdır. Bu barədə cümə axşamı mətbuat konfransında Azərbaycan parlamentinin deputatı, İqtisadi İslahatlar Fondunun prezidenti Azər Əmiraslanov məlumat verib.

"Azərbaycanda iqtisadi azalma olmayacaq", - Əmiraslanov söyləyib.

"Ölkə iqtisadiyyatı hazırki vaxta nisbətən bir qədər zəif templərlə inkişaf edəcək və bu həm ölkə hökuməti, həm də Dünya Bankının proqnozlarına görə təbiidir", -Əmiraslanov bildirib.

BVF dünya iqtisadiyyatının vəziyyəti haqqında hesabatında Azərbaycan iqtisadiyyatının inkişafına dair proqnozlarını açıqlayıb. Proqnoz İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) statistik metodologiyasından istifadə edilməklə hazırlanıb.

Əmiraslanov bildirib ki, ölkə iqtisadiyyatının artım templərinin tədricən azalması "bizim üçün yeni xəbər deyil". Yaxın beş ildə Azərbaycanda heç bir iqtisadi böhran gözlənilmir.

Ekspertin rəyinə görə, əksinə, 2012-2013-cü illərə ölkənin maliyyə siyasətinin yaxşılaşacağı gözlənilir.

BVF-in proqnozundan danışan Əmiraslanov bildirib ki, bir seqment üzrə - ÜDM-in artım templərinin azalması ilə ölkənin iqtisadi inkişafının azalmasını proqnozlaşdırmaq real deyil. Böhran yalnız iqtisadiyyatın bütün sahələrinin pisləşməsi nəticəsində baş verə bilər.

BVF tərəfindən proqnozlaşdırılan ÜDM-in azalması da "bizim üçün yeni xəbər deyil", belə k, yaxın illərdə hasil edilən neftin səviyyəsinin azalacağı gözlənilir ki, bu da ÜDM-in artım templərinin azalmasında öz əksini tapacaq.

Əmiraslanov bildirib ki, Azərbaycan hökumətinin, həmçinin BVF-in proqnozlarına əsasən, ortamüddətli perspektivdə Azərbaycan iqtisadiyyatındakı keyfiyyət dəyişikliklərini görmək olar. Belə ki, bu dəyişikliklərə əsasən, 2007-ci ildə neft sektorunun ÜDM-də payı 59 faiz təşkil edibsə, 2011-ci ildə bu rəqəm 47 faizədək azalacaq ki, bu da qeyri-neft sektorunun inkişafından xəbər verir.

Ekspert bildirib ki, əgər 2006-cı ildə 34,5 faiz iqtisadi inkişaf səviyyəsi ilə əhalinin adambaşına düşən ÜDM $2469 təşkil edirdisə, BVF-in proqnozlarına görə, ÜDM-in 2,6 faiz azalacağı 2013-cü ildə bu rəqəm $12915 təşkil edəcək və bu o deməkdir ki, Azərbaycan yüksək gəlirli ölkələr sırasına daxil olacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti