...

Bakı Banklararası Valyuta Birjası avqustun 1-nə olan ticarətin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2008 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 avqust/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, avqustun 1-də USD/AZN ortaölçülü məzənnəsi, hər ABŞ dollarına görə 0,8086 AZN təşkil edib. Bu barədə Birjanın cümə günü yayılan məlumatında deyilir.

BEST sistemində keçirilən səhər sessiyasinin açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8085 AZN təşkil edib. USD/AZN T+0 alətı üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişılməz qalıb.

BEST-in gündüz sessiyanda USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 2 126 618 AZN təşkil edib. Gündüz sessiyasinin nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8086 AZN təşkil edib.

Hər iki sessiyanın nəticələrinə görə, ümumi həcm USD/AZN aləti üzrə $ 2 630 000 və ya 2 126 618 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 876 667 ABŞ dolları düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə, dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sıstemındə fəallıyət göstərən mütəşəkkıl banklararası kredıt bazarında market-meyker statusu alan banklar tərəfındən 90 günlük alət üzrə verılən sıfarışlər əsasında hesablanan BakIBOR ındeksı manat vəsaıtlərı üzrə ıllık 15,75%, ABŞ dolları üzrə ısə ıllık 16,50 % təşkıl edıb.

Gün ərzındə kredıt alətlərı üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti