...

İlin sonunadək Azərbaycanda inflyasiyanın səviyyəsi 20 faizi ötəcək – Dövlət Statistika Komitəsinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2008 10:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 avqust / Trend , müxbir E.İsmayılov/ Cari ilin sonunadək Azərbaycanda inflyasiyanın səviyyəsi təqribən 22-23 faiz təşkil edəcək. Bu barədə şənbə günü Azərbaycan Dövlət Statistika Komitəsinin rəhbəri Arif Vəliyev bildirib.

Milli Bankın 2008-ci il iyun ayına olan məlumatına görə, ölkədə inflyasiya (illik hesablamalarla) may ayının 19,2 faizinə nisbətdə 20,2 faiz təşkil edib.

İqtisadi İnkişaf Naziliyi 2008-ci ildə inflyasiyanı 13 faizədək səviyyədə proqnozlaşdırır, iyun ayında bu proqnoz artıq 7,2 faizi ötüb.

Beynəlxalq Valyuta Fondu tərəfindən 2008-ci ildə Azərbaycanda inflyasiyanın orta illik səviyyəsi 19,6 faiz proqnozlaşdırılıb, ilin sonunadək proqnozlar üzrə bu göstərici 22 faiz təşkil edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: capital

Xəbər lenti

Xəbər lenti