...

Xaricə sərmayə yatırmaq üçün potensial imkanları araşdırmaq lazımdır – Azərbaycan prezidenti İlham Əliyev (əlavə)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2008 16:09 (UTC +04:00)
Xaricə sərmayə yatırmaq üçün potensial imkanları araşdırmaq lazımdır – Azərbaycan prezidenti İlham Əliyev (əlavə)

Azərbaycan, Bakı, 05 avqust/ Trend / Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə çərşənbə axşamı Nazirlər Kabinetinin 2008 - ci ilin birinci yarımili ərzində sosial-iqtisadi inkişafın yekunları və qarşıdakı vəzifələrə həsr olunmuş iclası keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, ötən beş il ərzində Azərbaycanın ÜDM-in 2,7 dəfə artması ölkədə uğurlu iqtisadi inkişafın aşkar göstəricisidir.

Azərbaycan prezidenti 2008 - ci ilin birinci yarımilinin yekunları üzrə ÜDM-in 16,5 faiz, sənaye istehalının təqribən 14 faiz artmasını dövlətin məqsədyönlü və kompleks siyasətinin nəticəsi kimi qiymətləndirib. İlham Əliyev qeyd edib ki, iqtisadi islahatların başlamasından indiyədək kənd təsərrüfatında artım templəri ilk dəfə olaraq 10 faizi ötüb ki, bu da başlıca uğrulardan biridir.

"Belə artım templəri bütün dünyada ərzaq təhlükəsizliyi məsələsinin aktual xarakter daşıması ilə əlaqədar aqrar sektorda aparılan tədbirlərin nəticəsidir", - prezident söyləyib.

İlham Əliyev inflyasiyanın artım templərinin azalması üzrə tədbilərin gücləndirilməsini qeyd edib və bu faktı obyektiv səbəblərlə əlaqələndirib.

Hesabat dövründə kapital yatırımlarının ümumi həcmi 4,4 mlrd. manat, təşkil edib, o cümlədən 3,1 mlrd. manat daxili sərmayələrin payına düşür. Daxili sərmayələrin ildən- ilə artması ilə əlaqədar dövlət başçısı xaricə sərmayə yatırılması üçün potensial imkanların araşdırılmasının zəruriliyini qeyd edib. O, struktur layihələrinin əhəmiyyətini qeyd edərək, ekoloji problemlərin həllinə diqqəti artırmağı tövsiyə edib.

Azərbaycan prezidenti ölkə iqtisadiyyatında özəl sektorun payının 84 faizədək çatmasını uğurlu fakt kimi qiymətləndirib. Prezident qeyd edib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məsələsi daim dövlətin diqqət mərkəzindədir və sentyabrdan pensiya və minimal əmək haqqının baza hissəsinin artırılması gözlənilir.

İclasa yekun vuran İlham Əliyev energetika, nəqliyyat, ərzaq sektoru və s. kimi prioritet istiqamətlərdə təhlükəsizliyin təmin edilməsinin vacibliyini nəzərə alaraq, kompleks proqramların gücləndirilməsinin zəruri olduğuna diqqəti cəlb edib. O, ümumi və dövlət büdcəsinin hazırlanması, xüsusilə də əhalinin sosial müdafiəsi üzrə tədbirləri gücləndirməyi tapşırıb.

Avqustun 5-nə olan cari məzənnə -- 0,8096 AZN/USD.

Xəbər lenti

Xəbər lenti