Azərbaycan, Bakı, 08 avqust / Trend / 08 avqust 2008 -ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10303020S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Birjanın cümə günü yayılan məlumatında bildirilir.
Bir sərmayədar tərəfindən təqdim olunan sifarişin nominal üzrə ümumi məbləği 56 600 manat təşkil edib.
Sifariş 96.47% (gəlirlik 11.51%) qiymətində təqdim edilib.
İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 96.47% (gəlirlik 11.51%) orta ölçülmüş qiymət - 96.47% (gəlirlik 11.51%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 56 600 manat məbləğində müəyyən edilib.
İstiqraz vərəqələrinin ödəmə tarixi 02 dekabr 2008-ci ildir.