Azərbaycan, Bakı, 18 avqust/ Trend , müxbir E.İsmayılov/ Gürcü və azərbaycanlı mütəxəssislər Tbilisi yaxınlığındakı körpüdə təmir-bərpa işlərini bir-iki gün ərzində başa çatdıracaqlar. Bu körpü Azərbaycan və Mərkəzi Asiyadan neft və neft məhsullarının Poti, Batumi və Kulevi Qara dəniz limanlarına nəqli üçün istifadə ediləcək. Bu barədə bazar ertəsi SOCAR Georgia şirkətinin Baş direktoru Mahir Məmmədov məlumat verib.
"Vəziyyət ağırdır. Bu köhnə sahədən, uzun müddət istifadə edilməyib. Təmir işləri günün sonuna-sabahkı günün əvvəlinə başa çatmalıdır. Bizim mütəxəssislər də [azərbaycanlı] gürcü mütəxəssislərin köməyinə gəliblər", - Məmmədov bildirib.
Şənbə günü Gürcüstanın Kaspi şəhəri yaxınlığında körpünün (Gürcüstanın Qara dəniz limanlarına aparan) partladılması nəticəsində neft və neft məhsullarının dəmir yolu ilə nəqli dayandırılıb. "Bu körpüdə də işlər aparılır. İş çoxdur, körpü qismən zədələnib, təxminən bir aya bərpa olunacaq".
Hazırda Böyükkəsik stansiaysında (Azərbaycan və Gürcüstan sərhədi) neft və neft məhsulları ilə yüklənmiş altı qatar dayanıb. Daha altı qatar stansiyanın yaxınlığında, Azərbaycan ərazisindədir. Tbilisi yaxınlığında da 15- dək qatar cəmləşib.
ADDY- dən bildiriblər ki, mal və sərnişin qatarları normal rejimdə hərəkət edirlər; hərəkət yalnız Tbilisiyədək həyata keçirilir.
SOCAR Georgia Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkətidir. Gürcüstandakı Kulevi limanı ARDNŞ-ə məxsusdur.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]