...

"Azersun Holding" ilin sonunadək Azərbaycanın regionlarında iki yeni zavod istifadəyə verməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2008 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir Ü.İsmayılova/ "Azersun Holding" 2008-ci ilin sonunadək heyvan və quşlar üçün yem istehsalı üzrə yeni zavod istifadəyə verməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı İmişli şəkər istehsalı zavodunun rəhbəri İsmayıl Müslümzadə bildirib.

"Zavodun sutkalıq gücü saatda 25 ton təşkil edəcək", - deyə Müslümzadə bildirib. Yeni zavodda 70 növ yem istehsal olunacaq.

Zavod direktorunun sözəlrinə görə, "Azersun Holding" bitki yağı istehsalı üzrə müəssisənin tikintisini də başa çatdırıb, eyni zamanda, soya və günəbaxan yağlarından yağ istehsalı üzrə ilk sınaq buraxılışını həyata keçirib.

Bu müəssisədə qarğıdalı, günəbaxan, pambıq və digər bitki növlərindən yağ istehsal olunacaq. İstehsal gücü sutkada 200 ton təşkil edəcək, yeni avadanlıqların quraşdırılması hesabına sonradan istehsalın 400 tona çatdırılması planlaşdırılır.

Hər iki müəssisənin tikintisi üzrə ümumi dəyər 8 mln. avro təşkil edir.

"Azersun Holding" 1992-ci ildə yaradılıb. Holdinqin fəaliyyət sahələrinə çay, bitki yağı emalı və paketlənməsi, ticarət və distibyutorluq, tikinti, bank işi, sığorta, karton-kağız məmulatları, ət və tərəvəz konservi istehsalı, yüklərin daşınması və saxlanılması daxildir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti