Azərbaycan, Bakı, 29 avqust/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanda vergi bəyannamələrinin 53 faizi elektron formatda təqdim edilibr,- vergilər nazirinin müvaini Natiq Əmirov cümə günü bildirib. Azərbaycanda elektron vergi bəyannamələrinin tətbiqinə 2007- ci ilin avqustundan başlanılıb.
"250 min bəyannamənin 53 faizi elektron formatda təqdim edilib və digər ölkələrlə müqayisədə bu göstərici çoxdur", - Əmirov bildirib.
Elektron bəyannamələrin üstünlüyü bu olub ki, onların hazırlanması müddəti altı dəfə azalıb.
Nazirliyin və audit şirkətləri əməkdaşlarının birgə hesablamalarına əsasən, əvvəllər bəyannmələrin təqdim edilməsinə 900 iş saatı ayrılırdısa, elektron bəyannamələrə keçid bu müddəti 150-160 saatadək azaldıb. Beynəlxalq təşkilatların monitorinqləri də bu prosedurların azaldığını təsdiqləyir.
Nazir müavininin sözlərinə görə, elektron bəyannamələrə keçidin müsbət cəhəti belədir ki, sahibkarlar bəyannamələri iş olmayan günlərdə hazırlaya bilərlər (şənbə və bazar).
"Mən hesab edirəm ki, biz əsas məqsədə çatmışıq və vergi ödəyiciləri 24 saat serverdən istifadə etməklə, evdən çıxmadan hesabatları yoxlaya bilərlər", - Əmirov bildirib.
Hazırda ƏDV ödəyicilərinin 95 faizi vergi bəyannamələrini elektron formatda təqdim edirlər. Azərbaycanda real işləyən vergi ödəyicilərinin sayı 150 mindir ki, onlardan 11 500-ü ƏDV ödəyicisidir.
Avqustun 29 -na olan cari məzənnə --0,8134 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: cap