...

Rusiyanın "TransTeleKom" və Azərbaycanın "Delta Telecom" şirkətləri şəbəkələrarası qoşulmanı kommersiya istifadəsinə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2008 13:24 (UTC +04:00)
Rusiyanın "TransTeleKom" və Azərbaycanın "Delta Telecom" şirkətləri şəbəkələrarası qoşulmanı kommersiya istifadəsinə verib

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir S.Babayeva/ Rusiyanın "TransTeleKom" Qapalı tipli Səhmdar Cəmiyyəti (TTK) və Azərbaycanın "Delta Telecom" şirkəti Samur-Yalama rayonundakı Rusiya-Azərbaycan sərhəd keçidində şəbəkələrarası qoşulmanı kommersiya istismarına veriblər. TTK-nın məlumatında bildrilir ki, layihə çərçivəsində "TransTeleKom" şirkəti "Delta Telecom"a 622 Mbit/s səviyyəsində IP-Access xidməti təqdim edib.

TTK şirkətinin müştəriləri yeni qoşulma sayəsində rəqabətli qiymətlərlə Azərbaycana birbaşa kanallar sifariş etmək imkanı əldə edəcəklər.

"Biz Avropa ilə Yaxın Şərq arasında yerüstü telekommunikasiya marşrutunun yaradılması üçün şərait formalaşdırırıq. Adıçəkilən marşrut bu regionları birləşdirən qlobal sualtı kabel sisteminə alternativ olacaq. Nəzərə alaq ki, İran Yaxın Şərq və Orta Asiya telekommunikasiya trafikinin konsentrasiya mərkəzidir. Bu şəbəkə seqmenti yaxın perspektivdə daha sürətlə inkişaf edən və tələb olunan şəbəkələrdən biri olacaq", - deyə TTK şirkətinin prezidenti Sergey Lipatov hesab edir.

Şəxsi DWDM şəbəkəsinə malik olan "Delta Telecom" Azərbaycanın aparıcı rabitə operatorlarından biridir. Şirkət şəxsi şəbəkə resurslarından istifadə etməklə dövlət və özəl müəssisələrə xidmət göstərir. Şirkətin müştəriləri arasında Azərbaycan Milli Elmlər Akademiyası, Vergilər və Maliyyə nazirlikləri, Azərbaycan Beynəlxalq Bankı, Dövlət Gömrük Komitəsi və özəl şirkətlər var.

Xəbər lenti

Xəbər lenti