Azərbaycan, Bakı, 02 sentyabr/ Trend , müxbir Ü.İsmayılova/ "Yanvar-iyunda Azərbaycan istehsalat işlərində 112 bədbəxt hadisə baş verib, nəticədə 31 nəfər həlak olub," - Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Əmək Müfəttişliyinin rəhbəri Nəbi Şükürlü "Əmlak Bazarı" jurnalına müsahibəsində bildirib.
Bədbəxt hadisələrin 57 faizi sənaye istehsalında baş verib ki, nəticədə, 14 nəfər həlak olub, 51 nəfər yaralanıb. Bədbəxt hadisələrin 18 faizi tikinti sektorunda baş verib, doqquz nəfər həlak olub, 12 nəfər yaralanıb.
Şükürlünün sözlərinə görə, sənaye sektorunda bədbəxt hallar üzrə göstəricisinin tikinti sektorundakı analoji göstəricidən 3 dəfə çox olmasına baxmayaraq, digər istehsalat işləri ilə müqayisədə, tikinti sektorunda ölüm halları 43 faiz, sənaye istehsalında 21 faiz təşkil edir və iqtisadiyyatın bu sahəsində yüksək risk səviyyəsi ilə əlaqədardır.
Müfəttişlik rəhbəri bildirib ki, əvvəlki aylarda olduğu kimi, bədbəxt halların əksəriyyəti zərbədən zədələrin yaranması nəticəsində baş verib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]