...

Azərbaycanda ən iri siqaret istehsalçısı 2009 - cu ilədək daxili bazardakı mövqelərini genişləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2008 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr/ Trend , müxbir İ.Xəlilova/ European Tobacoo Baku yüngül siqaretlərin istehsalına başlayıb,- müəssisənin İdarə Heyətinin sədri Rüfət Quliyev bildirib.

"Azərbaycanda siqaret çəkməklə mübarizə üzrə böyük tədbirlərin başlaması ilə əlaqədar belə zərurət yaranıb və biz xarici təsisçilərə daha yüngül siqaretlərin istehsalına dair yeni texnologiyaların tətbiqinin zəruri olduğunu izah etmişik", - Quliyev bildirib.

Digər tərəfdən, yüksək iqtisadi artım templəri və əhalinin rifahının yüksəlməsi ilə əlaqədar, azərbaycanlılar əksər mallar üzrə dünya brendlərinə üstünlük verirlər. European Tobacoo rəhbərinin rəyinə görə, bu, spirtli içkilər, siqaretlər və digər tütün məmulatlarını, avtonəqliyyat vasitələrini əhatə edir.

"Bununla yanaşı, biz bazarın üçdə birini saxlamağa çalışırıq ki, bu da milli istehsal üçün və qloballaşma şəraitində pis göstərici deyil", - Quliyev hesab edir.

European Tobacco dünya siqaret istehsalçılarından Azərbaycanda onların brendlərinin istehsalının təşkilinə dair təklif almayıb və bununla əlaqədar, əsasən, milli brendlərə arxalanmalı olur. Müəssisə rəhbəri hesab edir ki, gələn ilin ortalarına bazardakı mövqelərini yaxşılaşdıracaq.

"2002-ci ildə Azərbaycan Beynəlxalq Bankından alınan kredit hesabına müəssisədəki vəziyyəti sabitləşdirmişik", - Quliyev bildirib.

Kredit European Tobacco-nun mənfəəti hesabına geri qaytarılır. $8 mln. məbləğdə kredit 2002-ci ildə, dörd il müddətinə cəlb edilib. Hazırda vəsaitlərdən dövriyyə vəsaitləri qismində istifadə olunur.

European Tobacco Baku 1999 - cu ildə Sorex Management Incorporated tərəfindən özəlləşdirilib. 2000 - ci ildə tütün kombinatının səhmlərinin 92,5 faizi üzərində mülkiyyət hüququ sərmayədara keçib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti