...

AİG Life Azərbaycanın sığorta bazarını öyrənəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2008 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr/ Trend , müxbir Ü.İsmayılova/ American İnternational Group (AİG) Azərbaycanın sığorta bazarında Life - sığorta tətbiq etmək niyyətindədir, - AİG Caspian İnsurance-dən çərşənbə günü bildirirlər.

"Bu məqsədlə, AİG Life-ın ekspertləri bazarı öyrənmək üçün Azərbaycana gələcəklər", - şirkətdən qeyd ediblər.

AIG Caspian Insurance hazırda, əsasən, Non-Life sığorta sahəsində ixtisaslaşır. Martın 15 - də qüvvəyə minən "Sığorta fəaliyyəti haqqında" Qanunda Azərbaycanın sığorta şirkətlərinin Life və Non-Life-a ayrılması nəzərdə tutulur.

American International Group Inc. - sığorta və maliyyə xidmətəri sahəsində çalışan beynəlxalq şirkətdir. AİG 130 - dan çox ölkə və yurisdiksiyada fəaliyyət göstərir. AİG- ə daxil olan şirkətlər iri ofis və nümayəndəliklər şəbəkəsi vasitəsilə öz müştərilərinə - özəl korporasiyalar, ictimai təşkilatlar və fiziki şəxslərə əmlak və məsuliyyət, həyat və sağlamlığın sığortası üzrə geniş xidmət çeşidi təqdim edir.

AİG Life insanı bütün həyatı boyu müşayiət edən məsələlərin həllinə yönələn həyat sığortası təqdim edir: risk sığortası - qabaqcadan görülməsi mümkün olmayan hadisələrlə bağlı risklərdən (əmək qabiliyyətli yaşında bədbəxt hadisə, qəfil xəstəlik, ölüm) müdafiə - bu hallarda ödənilən sığorta məbləği insana və onun ailəsinə dəyən maliyyə zərərini ödəyir; yığımcıl sığorta - gələcəyin müdafiəsi, insan həyatında planlı hadisələrə hazırlıq: pensiya və məqsədli yığımlar, uşaqlar üçün vəsaitlərin yığılması.

AIG Caspian Insurance-ın təsisçiləri aşağıdakılardır: Azərbaycan tərəfi - 51 faiz və American Insurance Group (AİG) - 49 faiz. Şirkətin Nizamnamə kapitalı 3,5 mln. manatdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti