...

Azərbaycan və Almaniyanın işgüzar dairələri gələcək əməkdaşlıq perspektivlərini öyrənmək niyyətindədirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2008 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr/ Trend müxbir N.İsmayılova/ " Baden -Vürtemberq torpağının iqtisadiyyat nazirinin müavini Hans Froydenberqin başçılıq etdiyi alman nümayəndə heyətinin səfəri çərçivəsində, sentyabrın 22-24 - də Bakıda Azərbaycan və AFR arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək", - Almaniyanın Azərbaycandakı səfirliyindən cümə axşamı bildiriblər.

Almaniyanın tikinti, aviasiya, tibb, ölçü cihazları, toxuculuq sahələrindəki 11 müəssisəsinin nümayəndələri Azərbaycanın müəssisələri ilə əlaqələrin qurulması və Azərbaycanın igşüzar dairələri ilə potensial əməkdaşlıq imkanlarını öyrənmək məqsədilə Bakıya gələcəklər. Səfər zamanı IX Azərbaycan - Almaniya biznes - forumu və əməkdaşlıq birjası keçiriləcək.

Tədbirin təşkilatçıları Azərbaycan - Almaniya İqtisadi Birliyi (DAWF), Almaniyanın Azərbaycandakı səfirliyi və Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).

Baden-Vürtemberq torpağı Avropada ən böyük patent alıcılarından biridir və yüksək texnologiyaların inkişafı sahəsində Avropada aparıcı yer tutur, -AFR-in səfirliyindən bildiriblər.

Sentyabrın 18 - nə olan cari mübadilə məzənnəsi -- 0,8126 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:[email protected]

Xəbər lenti

Xəbər lenti