...

Belarus tikinti sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2008 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr/ Trend , müxbir N.Abdullayeva/ Belarus tikinti sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Belarusun Azərbaycandakı səfirliyindən çərşənbə axşamı verilən məlumata görə, adı çəkilən ölkənin arxitektura və tikinti naziri Aleksandr Seleznyev bu sahədə əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədi ilə Azərbaycana səfər edəcək.

Sentyabrın 24-27-də reallaşacaq səfər çərçivəsində Azərbaycan hökumətində görüşlərin keçirilməsi planlaşdırılıb.

Belarusun arxitektura və tikinti naziri MDB ölkələrinin tikinti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının sentyabrın 25-də Bakıda keçiriləcək XXVI iclasında da iştirak edəcək.

Nazir iclasda "Şəhərsalma layihələrinin reallaşdırılması" adlı məruzə ilə çıxış edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti