...

Azərbaycanın sığortaçıları illik əsasda forum keçirmək niyyətindədirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2008 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr/ Trend , müxbir Ü.İsmayılova/ "2009 - cu ilin yayında Bakıda Azərbaycanın II beynəlxalq sığorta forumu keçiriləcək", - Azərbaycanın Sığortaçılar Assosiasiyası İdarə Heyətinin sədri, MBASK sığorta şirkətinin rəhbəri Cəmil Məlikov şənbə günü bildirib.

"Belə qərar çərşənbə axşamı, Assosiasiyanın sonuncu ümumi toplantısında qəbul edilib", - o qeyd edib.

Məlikovun sözlərinə görə, Azərbaycanın beynəlxalq sığorta forumunun təşkili Assosiasiyanın strateji planına daxildir və hər il keçiriləcək.

İyulda keçirilən birinci sığorta forumu Azərbaycan maliyyə nazirliyinin dəstəyi ilə Sığortaçılar Assosiasiyası tərəfindən təşkil edilib.

Bu tədbir Azərbaycanın sığorta bazarının inkişaf tendensiyalarına, Avropa ölkələrinin sığorta bazarının təcrübəsinin sığorta sektorunun inkişafına təsirinə, ölkənin maliyyə sisteminin bir hissəsi kimi sığorta bazarının təhlilinə və sığortada korporativ idarəetməyə həsr edilmişdi.

Forumda Polşanın Təkrarsığorta Birliyi, SFS şirkəti, "Rusiya" Sığorta Birliyi", Köln təkrarsığorta Səhmdar Cəmiyyətinin Moskva nümayəndəliyi, Allianz QSC, ROSNO SŞ, İnqosstrax və digər şirkətlərin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Sığortaçılar Assosiasiyası 2006 - cı ilin dekabrında təsis edilib. Assosiasiyanın üzvlərinin sayı 30 - dur.  Müşahidə Şurasına Azərbaycanın beş sığorta şirkəti daxildir - -MBASK, Standard Insurance, Beynəlxalq Sığorta Şirkəti, Azersigorta, Ateshgah.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti