...

Azərbaycan pensiyaların ayrılması mexnizmini dəyişir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2008 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ "Azərbaycanda 2009-cu ildən pensiya haqlarının ayrılma mexanizmi dəyişdiriləcək", - cümə axşamı sosial təminat sahəsində informasiya-telekommunikasiya texnologiyalarının (İKT) idarə edilməsi üzrə keçirilən texniki seminarda Əhalinin Dövlət Sosial Müdafiə Fondunun (ƏDSMF) rəhbəri Səlim Müslimov bildirib.

"Bu mexanizmə keçid əhalinin sosial təminatında ədalətin təmin edilməsi məqsədi ilə nəzərdə tutulub", - deyə o bildirib.

Hazırda Azərbaycanda pensiyalar pensiyaçının son iki il ərzində əmək fəaliyyətinə görə verilən haqq səviyyəsinə müvafiq şəkildə hesablanır.

Pensiyaların əlavə edilməsi mexanizminə dəyişikliyin edilməsinə zərurət gələcək pensiyaçılardan son zamanlar daxil olan şikayətlərlə bağlı yaranıb.

"Şikayətlərin mahiyyəti ondan ibarətdir ki, onlar 30-40 il ərzində aşağı əmək haqqı ilə işləyirlər və nəticədə hazırda Azərbaycanda 75 manat təşkil edən minimal səviyyədə pensiya alırlar", - deyə Müslimov bildirib.

Fond rəhbəri hesab edir ki, hazırkı mexanizm pensiyaçılar üçün əlavə problemlər yaradır:

"Pensiyaçının son iki ildə aldığı əmək haqqını göstərən arayışların verilmə sistemini nizamlamaq heç cür mümkün deyil. Bir sıra pensiyaçılar daha yüksək pensiya almaq üçün saxta arayış alırlar ki, bu da haqsızlığa gətirib çıxarır və fond bu problemləri bilir".

Azərbaycanda kişilər üçün pensiya həddi 62, qadınlar üçün isə 57 yaş təşkil edir. Bu gün ölkədə 1,263 mln. pensiyaçı var.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti