...

Azərbaycan Rusiya üçün Xəzərdə vacib tərəfdaşdır – RF-nin iqtisadi inkişaf naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2008 14:31 (UTC +04:00)

Rusiya, Həştərxan, 03 oktyabr / Trend , müxbir R.Ağayev/ "Azərbaycan Rusiya ilə imzalanan dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq haqqında birgə bəyanatlar əsasında RF-nin Xəzərdə vacib tərəfdaşıdır", - Rusiyanın iqtisadi inkişaf və ticarət naziri Elvira Nabiullina cümə günü Xəzəryanı dövlətlərin hökumətlərarası iqtisadi konfransında bildirib.

"Rusiya-Azərbaycan ticari-iqtiasdi münasibətlərinin dinamik inkişafının göstəricilərindən biri də odur ki, yanvar-iyul ərzində RF və Azərbaycan arasında dövriyyə ötən ilin analoji dövrü ilə müqayisədə 56,5 faiz artaraq bir milyard dolları ötüb", - Nabiullina qeyd edib.

Xəzəryanı dövlətlərin iqtisadi konfransı Xəzəryanı dövlət başçılarının ötən il Tehran sammitində qəbul etdikləri qərar əsasında keçirilir.


Bu görüş bütün Xəzəryanı dövlətlərin iqtisadi əməkdaşlıq perspektivləri üçün mühüm əhəmiyyət kəsb edir ki, bu da ölkələrimiz arasında uzunmüddətli münasibətlərin vacib tərkib hissəsidir, - Nabiullina bildirib.

Onun sözlərinə görə, konfransda əsas diqqət bütün Xəzəryanı dövlətlərin iqtisadi əməkdaşlıq perspektivlərinə yönəlib və burada çoxtərəfli iqtisadi əməkdaşlığın bütün istiqamətləri müzakirə ediləcək. Buraya energetika, nəqliyyat və Xəzərin bioehtiyatlarının qorunması, regionun ekoloji təhlükəsizliyi, həmçinin birgə ekoloji layihələrin maliyyələşdirmə mexanizmlərinin işlənilməsi daxildir.

"Konfransda Xəzər iqtisadi əməkdaşlıq təşkilatının yaradılması perspektivlərinin müzakirəsinə xüsusi yer ayrılacaq", - Nabiullina bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti