Azərbaycan, Bakı, 03 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti avqustda Bakıda 3,5 min növ daşınmaz əmlakı qeydiyyata alıb, - Dövlət Xidmətindən cümə günü bildiriblər. İyulda 10,9 min obyekt qeydiyyata alınıb.
Avqustda qeydiyyata alınan obyektlərin 1,348 mini Bakının ilkin bazarının payına düşüb. İlkin bazarda 373 torpaq sahəsi, 185 xüsusi yaşayış evi, 725 mənzil, 59 qeyri -yaşayış obyekti və 6-sı əmlak kompleksi kimi müəssisə qeydiyyata alınıb.
Təkrar mənzil bazarında 2,138 daşınmaz əmlak, o cümlədən 292 torpaq sahəsi, 326
326 fərdi yaşayış və bağ evi, 1422 mənzil, 90 qeyri - yaşayış sahəsi, 8 əmlak kompleksi kimi müəssisə qeydiyyata alınıb.
Azərbaycanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti avqustda 842 ipoteka müqaviləsini qeydiyyata alıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]