...

AYİB inkişaf edən ölkələrin iqtisadiyyatlarının qida məhsullarının qiymət artımından müdafiəsi üçün öz sərmayələrini təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2008 22:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr/ Trend , müxbir N.İsmayılova/ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) inkişaf edən ölkələrin iqtisadiyyatlarının qida məhsullarının qiymət artımından müdafiəsi üçün, onun sərmayələrindən istifadə etməyi təklif edir, - cümə günü Londonda keçirilən ictimai dinləmələrdə bəyan edilib.

AYİB vəsaitləri yerli tədarük sistemlərinin təkmilləşdirilməsinə, istehsalın, gəlirin və rəqabətqabiliyyətliliyin artırılmasına, daim kapital çatışmazlığını hiss edən yeni kənd maliyyələşdirmə alətlərinin inkişafına, aqrar sektorlarda özəl şirkətlər və hakimiyyətlər arasında dialoq üçün təklif edir.

AYİB qida məhsullarının qiymət artımı ilə üzləşən ölkələrə sərmayələrin yatırılmasını artırmağə təklif edir ki, bu da daha səmərəli tədarükü stimullaşdıracaq və qida məhsullarının qlobal qiymət artımından müdafiə edəcək.

Bank qida məhsullarının yüksək qiymətlərinin təsirini minimallaşdırmaq və bazarın təhrifini məhdudlaşdırmaq üçün hökumətlərin edə biləcəkləri əməli addımları birinci plana çıxarır. AYİB həmçinin kənd təsərrüfatı üçün həm ilkin bazar, həm də infrastrukturun yaradılmasında sərmayələrin arıtırlmasına tələbatı vurğulayır.

їBu, kənd təsərrüfatının bazar infrastrukturunu yaxşılaşdırmağa və onun institutlarını artırmağa imkan verəcək. Bu institutlar qiymət artımı fonunda cavab tədarükləri ilə təmin edəcəklərї, - bankın ekspertləri hesab edirlər.

AYİB tədarükləri artırmaq və mövsümi və coğrafi dəyişiklikləri yumşaltmaq üçün yalnız ilkin kənd təsərrüfatına deyil, həm də loqistikaya, anbara vurma sektoruna, emal və pərakəndə satışa, sənaye sahələrinə özəl sərmayələri dəstəkləməyə çağırır.

İndiyədək bank kənd təsərrüfatı sektoruna ümumilikdə 1,3 mlrd. avroyadək vəsait yatırıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti