...

Bakıda kommersiya tipli daşınmaz əmlak bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2008 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 oktyabr / Trend , müxbir Ü.İsmayılova/ Cari ilin avqust ayında Bakıda qeyri-yaşayış obyektinin bir kvadrat metrinin qiyməti iyula nisbətdə 1,6 faiz artaraq 3618 dollara çatıb. Bu barədə şənbə günü "Əmlak bazarı iştirakçıları" İctimai Birliyindən məlumat veriblər. İlin əvvəlindən Bakıda qeyri-yaşayış obyektləri 30,7 faiz, 2007-ci ilin analoji dövr göstəricisinə nisbətdə isə 37,4 faiz bahalaşıb.

Avqustda kommersiya obyektlərinin icarə üzrə orta qiyməti 1,4 faiz artıb. Bazara təklif olunan qeyri-yaşayış obyektlərinin payı orta qiymətdən aşağıdır və kommersiya əmlakı bazarı portfelinin 60 faizini təşkil edib.

Ay ərzində kommersiya obyektləri bazarına edilən təkliflər 22 faiz artıb.

Avqustda qeyri-yaşayış obyektlərinin ekspozisiya müddəti 1,6 faiz artıb.

Avqust ayında Bakının qeyri-yaşayış obyektləri bazarında şəhərin zonaları üzrə qiymət artımının ümumi cədvəli:

Şəhər zonası Kvadrat metrə görə qiymət ($) Ay ərzində artım (%)
I 5504 -0,4
II 3814 2,7
III 2601 5,5
IV 1138 -8,5

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti