...

Növbəti illərdə Azərbaycanda iqtisadi artım davam etdiriləcək ї parlament komissiyasının rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2008 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ ї2008 - ci ilin sonuna Azərbaycanda adambaşına düşən ÜDM  $5, 6 min təşkil edəcəkї, - parlamentin Iqtisadi siyasət üzrə daimi komissiyasının rəhbəri Ziyad Səmədzadə cümə günü Xəzər İnteqrasiya İşgüzar Klubunun їİqtisadi artım və sabitliyin beş iliї mövzusunda  keçirdiyi görüşdə bildirib.

їSon beş il ərzində Azərbaycan iqtisadiyyatı özünün yüksək inkişaf templəri ilə həm MDB, həm də bütün dünya ölkələrinin göstəricilərini qabaqlayırї, - deputat qeyd edib.

Parlament komissiyası rəhbərinin sözlərinə görə, Azərbaycan yüksək iqtisadi artım templərini saxlaya bilsə, növbəti beş ildə adambaşına ÜDM - in həcmi $10 minə çata bilər.

Ortamüddətli perspektivdə ölkənin iqtisadi artımı ildə 8 - 12 faiz səviyyəsində sabitləşəcək, - Səmədzadə hesab edir.

їUzun müddət ərzində ildə 25 - 30 faiz iqtisadi artım nümayiş etdirmək mümkün deyil. Lakin Azərbaycanda növbəti illərdə də dünya göstəricisini qabaqlayan iqtisadi artım davam etdiriləcəkї, - o bildirib.

Parlament komissiyasının rəhbəri hesab edir ki, son beş il ərzində ölkə yoxsulluq səviyyəsinin azaldılmasında irəliləyişə nail olub. Belə ki, 90 - cı illərin əvvəlində əhalinin 65 - 70 faizi yoxsulluq səviyyəsində yaşayırdı və bu, o dörv üçün tamamilə təbii hal idi. 2003 - cü ildə yoxsulluq səviyyəsi 44 faiz azalıb, hazırda isə, bu səviyyə 16 faizə çatır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti