...

Dünya böhranı Azərbaycanın maliyyə bazarına toxunmayacaq – nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2008 15:01 (UTC +04:00)
Dünya böhranı Azərbaycanın maliyyə bazarına toxunmayacaq – nazir müavini

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir N.İsmayılova/ "Davam etməkdə olan dünya maliyyə böhranı ilə bağlı ciddi və iri risklər Azərbaycanın maliyyə bazarına toxunmayacaq", - Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov çərşənbə axşamı bildirib.

"Əlbəttə, dünyanın maliyyə bazarlarında baş verən proses müəyyən dərəcədə Azərbaycan iqtisadiyyatına təsir edə bilər. Belə ki, bu, qlobal prosedir və heç bir ölkə bundan 100 faizlik sığorta oluna bilməz, - nazir müavini qeyd edib. - Lakin eyni zamanda, hər bir dövlətdə, o cümlədən Azərbaycanda ehtiyat tədbirləri görülür".

Səfərovun rəyinə görə, Azərbaycan banklarının istehlak kreditlərinin verilməsini məhdudlaşdırması ciddi və iri risklərə səbəb olmayacaq.

"Ümumilikdə Azərbaycan bankları normal inkişaf səviyyəsindədirlər və düşünmürəm ki, onlar bizim maliyyə sistemimiz üçün ciddi və böyük təhlükə törədə bilərlər, - o vurğulayıb. - Bundan əlavə, böyük strateji valyuta ehtiyatlarının olması maliyyə bazarını risklərdən sığortalayır. Çətin ki, bu vəziyyət qiymətlərin səviyyəsinin dəyişməsinə səbəb olsun. Bu, yalnız qiymətlərin qısamüddətli artımına səbəb ola bilər".

Oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanın strateji valyuta ehtiyatları $15 mlrd.-ı ötüb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti