...

Dövlət hökumətləri maliyyə stabilliyinin bərpası üçün öhdəliklərini uyğunlaşdırmalıdırlar – BVF

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2008 16:24 (UTC +04:00)
Dövlət hökumətləri maliyyə stabilliyinin bərpası üçün öhdəliklərini uyğunlaşdırmalıdırlar  –  BVF

Azərbaycan, Bakı, 08 oktyabr / Trend / Beynəlxalq Valyuta Fondu (BVF) müxtəlif dövlətlərin hökumətlərini maliyyə stabilliyinin bərpası üçün problemlərin səmərəli həllinə dair məqsədlərdə öz öhdəliklərini uyğunlaşdırmağa çağırıb.

BVF -nın rəsmi saytında yerləşdirilən məlumatında bildirilir ki, qlobal maliyyə sisteminin vəziyyəti Fond tərəfindən 2008 - ci ilin aprel ayında aparılan son qiymətləndirmədən sonra pisləşib.

BMF hesab edir ki, daha mühüm risklər əvvəlki kimi daha geniş planda maliyyə sistemi və iqtisadiyyat arasındakı kəskin mənfi əks əlaqələr dövrü ilə bağlıdır.

"Qlobal maliyyə stabilliyi məsələləri üzrə Məruzə" adlı (QMSM) 2008 - ci il oktyabr buraxılışına əsasən, pul - kredit və maliyyə şərtləri daha çox sərtləşib, risklərə meyllilik azalıb, qlobal makroiqtisadi, kredit, bazar və likvidlik riskləri, həmçinin, bazarları formalaşan ölkələrin riskləri artıb.

BMF - nın direktoru Dominik Stross -Kanın sözlərinə görə, problemlərin ayrılıqda həlli zamanı artıq keçib.

"QMSM üzrə bu günkü məlumat, hazırda yaşadığımız böhranın nə dərəcədə ciddi orlduğunu göstərir. Mən rəhbər orqanları yubanmadan, maliyyə sektoruna etibarın bərpası üzrə kommersiya tədbirlərinin görülməsi yolu ilə, dövlətlər səviyyəsində böhranın aradan qaldırıdlmasına başlamağa çağırıram", - deyə Stross-Kan bildirib.

Onun sözəlrinə görə, ölkə hökumətləri beynəlxalq maliyyə sisteminin stabilliyini təmin etmək üçün bu səyləri diqqətlə uyğunlaşdırmalıdır.

BMF - nun pul - kredit sistemi və kapital bazarları Departamentinin müşaviri və direktoru Hayme Karuanın sözlərinə görə, daha əhəmiyyətli risk maliyyə sistemi və real iqtisadiyyat arasında kəskin mənfi əks əlaqələr dövrü ilə bağlıdır.

"Lakin yaranan vəziyyətin bütün ciddiliklərinə baxmayaraq, ölkə hakimiyyətlərinin mövcud problemlərin aradan qaldırılması məsələsində qətiyyəti, beynəlxalq əməkdaşlığın fəallaşdırılmasına yaranan kəskin zərurət ümidverici tendensiyalardır", - deyə Karuan bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, kapital çatışmazlığı, aktiv dəyərlərinin düşməsi və fəaliyyətdə olmayan maliyyə bazarları ilə əlaqədar problemlərin həlli üçün konkret işlər görmək lazımdır.

"Ölkələr arasında diqqətlə uyğunlaşdırılacağı təqdirdə, belə kompleks yanaşma etibarın bərpa edilməsi və bazarların lazımi fəaliyyəti üçün kifayət qədər şərait yaradacaq və qlobal iqtisadiyyatda daha davamlı enmənin qarşısını alacaq", - deyə Karuan bildirib.

MVF - nın məlumatında bildirilir ki, maliyyə böhranının episentrı ABŞ - dır, burada mənzil bazarında vəziyyət zəifləməkdə davam edir, iqtisadi fəallıqda ümumi geriləmə kreditorların keyfiyyətinin pisləşməsinin səbəblərindən biridir.

Defolt dövrünün dönüş nöqtəsinin hələ çatmadığını nəzərə alsaq, QMSM - nın qiymətləndirmələri göstərir ki, ABŞ -ın kreditləri və təhlükəsizləşdirilmiş aktivləri üzrə elan olunacaq ziyan, ehtimal ki, təqribən $1,4 trln. təşkil edəcək ki, bu da QMSM-nın 2008 - ci il aprel buraxılışında təqdim olunan $945 mlrd. dəyərində olan qiymətləndirmədən 50 faiz çoxdur.

"ABŞ hakimiyyətinin gördüyü tədbirlərin (Kapitalın maliyyə təşkilatlarına "axması" və ya problemli aktivlərin alınmasına dair təkliflər də daxil ollmaqla, maliyyə təşkilatları və bazarlarına etibarın möhkəmləndirilməsi üzrə) sonda nə dərəcədə uğurlu olacağı barədə mühakimə irəli sürmək çətindir. Lakin detallar aydınlaşnda, hakimiyyətdən vergi verənlər üçün riskləri hansı formada məhdudlaşdıracağını göstərmək tələb olunacaq", - deyə Karuan bildirib.

QMSM - də qeyd olunur ki, bu günədək kifayət qədər stabil vəziyyətdə qalan bazarın formalaşdığı ölkələrdə borc alanlar və maliyyə təşkilatları sərt qlobal kredit birləşmələri, artan faiz dərəcələri və qlobal iqtisadi eniş formasında çətin iqtisadi şəraitlə qarşılaşacaqlar ki, bu da bəzi ölkələrin daxili kredit dövründə eniş fazasının başlamasını sürətləndirə bilər.

Məlumatda bildirilir ki, qısamüddətli kapital axınından asılı olan ölkələr, yaxud bank sistemləri yüksək borc vəsaitləri payı ilə xarakterizə olunan və beynəlxalq mənbələr hesabına maliyyələşən ölkələr xüsusilə zəifdir.

QMSM qısa müddətli pespektivdə, həmçinin, qlobal maliyyə stabilliyinin möhkəmləndirilməsi məqsədi ilə böhranın toxunduğu ölkə hakimiyyətlərinə uyğunlaşdrılmış əsasda mövcud problemlərin həlli üzrə birgə öhdəlikləri açıq şəkildə qəbul etməyi tövsiyə edir.

QMSM ötən böhranlar üzrə təcrübəsinə arxlanaraq, bu müstəsna vəziyyətlərdə etibarı bərpa etmək üçün dövlətlərə yardım edə biləcək beş prinsipi tövsiyə edir: kompleks şəkildə, vaxtında və dəqiq formalaşdırılmış tədbirlərdən istifadə etmək; ölkələr arasında görülən tədbirlərin müvafiqliyinə böyük diqqət ayıraraq qlobal, maliyyə sisteminin stabilləşdirilməsi üzrə uyğunlaşdırılmış səylərin tətbiq edilməsinə can atmaq; sistemli nəticələrin məhdudlaşdırılması məqsədilə, gərginliyin vaxtından əvvəl aşkarlanması əsasında təcili cavab reaksiyasının təmin edilməsi; müvəqqəti xarakterli təcili dövlət müdaxilələrinin və vergi ödəyənlərin maraqlarının müdafiəsinə zəmanəti vermək; və daha etibarlı, rəqabətqabiliyyətli və səmərəli maliyyə sisteminin yaradılması məqsədlərini nəzərdən qaçırmamaq.

Xəbər lenti

Xəbər lenti