...

Azərbaycan arıçıları sərgi-yarmarkada toplaşacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2008 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir S. Babayeva/ Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi Bakıda arıçılıq məhsulu üzrə növbəti sərgi-yarmarkanı təşkil edəcək. Nazirliyin məlumatında deyildiyinə görə, sərgi oktyabrın 24-dən 30-dək keçiriləcək.

İştirak üçün arıçıların qeydə alınması oktyabrın 23 -ü (saat 9-dan 11-dək) və 24 -də (saat 8-dən 11-dək) keçiriləcək. Arıçılar məhsullarını satışa çıxartmaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Veterinar Xidmətindən laborator rəy üzrə sertifikat almalıdırlar. 

Ötən illər Bakıda keçirilmiş analoji sərgilərin gedişində ölkənin regionlarını təmsil edən 200-dən çox arıçı iştirak edib.

Hər il Azərbaycanda orta hesabla 8-10 min ton bal istehsal edilir. Son illər arı fəsilələrinin 100 mindən 105 minədək artırılmasına nail olunub. Onların hər birinin məhsuldarlığı 10 kq bal təşkil edir. Ölkədə arıçılıqla məşğul olan şəxslərin sayı 10 min nəfərdir.  

Xəbər lenti

Xəbər lenti