Azərbaycan, Bakı, 14 oktyabr/ Trend , müxbir N.İsmayılova/ Bir çox Azərbaycan banklarının kredit verilməsini dayandırması kredit kartlarının dövriyyəsində əks olunmayacaq. Bu barədə çərşənbə axşamı "Azericard" prosessinq mərkəzindən bildiriblər.
"Azərbaycanın maliyyə bazarında kredit kartları ilə dövriyyə o qədər də böyük deyil, ona görə kredit verilmənin azaldılması çətin ki, kredit kartları ilə əməliyyatların ümumi həcminə təsir göstərsin", - deyə "Azericard"dan bildiriblər.
Bunu həm də, banklar tərəfindən yeni kreditlərin verilməsinin dayandırılması ilə izah edirlər, lakin kart sahibləri əvvəllər açılan kredit xətləri üzrə əməliyyat apara bilərlər.
Azərbaycan Milli Banknın məlumatına əsasən, cari ilin birinci yarısının yekunları üzrə ölkənin kart bazarında ümumilikdə 121 mln. manat məbləğində 420 min kredit əməliyyatı həyata keçirilib. Bir il öncə 284 min əməliyyat üzrə 68 mln. manat məbğəlində dövriyyə qeydə alınıb. Bununla yanaşı, 56 mln. manat məbləğində 288 min əməliyyat bankomatların payına düşüb və 65 mln. manalıq 132 əməliyyat isə POS-terminallar vasitəsilə həyata keçirlib.
İkinci rübün yekunları üzrə ölkədə 3,124 kart buraxılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]