...

Azərbaycan Milli Bankı uçot dərəcəsini azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2008 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr/ Trend /Azərbaycan Milli Bankının İdarə Heyəti  oktyabrın 14 - dən uçot dərəcəsinin 15%-dən 12%-ə, faiz dəhlizinin yuxarı həddinin 20%- dən 17%-ə endirilməsi ilə bağlı qərar qəbul edib.

Cari ilin noyabr ayının 3-dən bankların həm manat, həm də xarici valyutada öhdəlikləri üzrə məcburi ehtiyat normaları 12% - dən 9%-ə endirilib. Bankların xarici öhdəlikləri üzrə məcburi ehtiyat norması 5%-dən  sıfıra endirilib.  

İl ərzində ölkənin strateji valyuta ehtiyatları artaraq 17 mlrd. dolları ötüb, ölkənin toplam xarici aktivləri onun öhdəliklərini 9 mlrd. dollar üstələyib, nəticədə, Azərbaycanın dünya iqtisadiyyatı ilə maliyyə münasibətlərində kreditor mövqeyini daha da möhkəmlənib.

Strateji valyuta ehtiyatları Azərbaycanın beynəlxalq ödəniş qabiliyyətinin daha da artmasını təmin edir - bu ehtiyatlar ölkənin məcmu xarici borcundan 1.7 dəfə çoxdur.

Bununla belə, bank sistemində maliyyə sabitliyini daha etibarlı qorumaq və xarici risk amillərini qabaqlayıcı rejimdə neytrallaşdırmaq üçün, Milli Bank hökumətlə birgə preventiv siyasət tədbirlərini davam etdirir. Bu tədbirlər bank sisteminin xarici iqtisadi böhranlara qarşı davamlılığının daha da güclənməsinə yönəlmiş kompleks prudensial idarəetmə və likvidlik alətlərinin yüksək çevikliyinin təmin olunmasını əhatə edir.  


Oktyabrın 14 - nə rəsmi məzənnə 0,8087 AZN/USD - dır.

Xəbər lenti

Xəbər lenti