...

Azərbaycanda dənli bitkilərin istehsalı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2008 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr/ Trend , müxbir S.Babayeva/ Oktyabrın əvvəlinə Azərbaycanda, qarğıdalı istisna olmaqla, 860,9 min hektar səpin sahəsindən yığılan dənli bitkilərin həcmi 2,3 mln. ton təşkil edib.  Ötən ilin analoji dövründə 703,7 min hektar ərazidən 1,8 mln. ton məhsul yığılmışdı, - Dövlət Statistika Komitəsi xəbər verir.

Hər hektardan məhsuldarlıq, orta hesabla, 27,1 sentner təşkil edib.

Regionlarda taxıl yığımı başa çatsa da, qarğıdalı yığımı hələ də davam edir. 30,5 min hektar əkin sahəsindən qarğıdalı istehsalı 146,3 min tona çatıb.

Qarğıdalını nəzərə almaqla, Azərbaycanda dənli və dənli - paxlalı bitkilərin yığımı 491,2 min ton və ya 24,7 faiz artıb və 2,5 mln. tona çatıb.

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov əvvəllər bu il ölkənin bu məshula tələbatının 80 - 85 faizini ödəyəcək rekord həcmdə taxıl istehsalını proqnozlaşdırıb.

Ərzaq taxılına olan illik tələbat təxminən 1,6 mln. tondur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti