...

OPEK ölkələrinin hasilatı azaltması neftin qiymətini xilas etməyəcək – ekspertlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2008 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr/ Trend , müxbirlər A.Bədəlova, Y.Ostapenko/ OPEK-in mənfi iqtisadi amillər fonunda neftin hasilatını azaltması uzunmüddətli perspektivdə neftin qiymətinin azalmasını dayandıra bilməyəcək, - Trend -ın sorğu apardığı ekspertlər hesab edirlər.

"Mənfi iqtisadi amillər davam edərsə, OPEK-in hasilatı azaltması uzunmüddətli perspektivdə neftin qiymətini xilas etməyəcək", - UniCredit Group beynəlxalq maliyyə qrupunun bir hissəsi olan "UniCredit Aton" şirkətinin analitiki Pavel Sorokin çərşənbə axşamı elektron poçtla bildirib.

OPEK- in oktyabrın 24-də baş tutacaq növbədənkənar iclasında qlobal maliyyə böhranının neftin qiymətinə təsiri müzakirə ediləcək. Kartel qiymət sabitliyinin saxlanılması məqsədilə xammalın hasilat həcminin azaldılması haqqında məsələni nəzərdən keçirmək niyyətindədir. İranın neft naziri Qulamhüseyn Nozarinin çərşənbə axşamı bəyan etdiyinə görə, tələbata müvafiq olaraq, OPEK neft hasilatının həcmini sutkada 2-2,5 mln. barel azalda bilər.

"Cari mərhələdə OPEK-in hasilatı azaltması qiymətlərə qısamüddətli dəstək göstərə bilər. Uzunmüddətli perspektivdə isə, iqtisadi amil mühüm rol oynayır, - Sorokin bildirib. - İqtisadiyyatda yaxşılaşma, qlobal böhranın dayanması qiymətlərə mühüm dəstək amili olacaq".

ABŞ-ın Dövlət Enerji İnformasiyası İdarəsinin (EİA) baş neft analitiki Duqlas Makintayr da (Douglas MacIntyre) eyni rəydədir. Onun sözlərinə görə, OPEK-in faktiki hasilatının onun sözlərinə uyğun olub-olmadığını izləmək vacibdir.

"Kartelin hərəkətləri neftin qiymətlərinə təsir göstərsə də, bu gün onlara təsir edən əsas amil dünya iqtisadiyyatıdır", - Makintayr çərşənbə axşamı elektron poçtla Trend -a bildirib.

Neftin qiymətlərinin azalmasının ABŞ-da və digər regionlarda iqtisadi problemlərlə bağlı olduğunu nəzərə alaraq, vəziyyətin pisləşməsi OPEK-in hasilatı azaltmasını neytrallaşdıra bilər,- Makintayr güman edir.

Rusiyanın aparıcı sərmayə banklarından biri - Alfa Bank-ın analitiki Konstantin Batuninin rəyinə görə, kartelin hasilatı azaltması neftin qiymətlərinin azalmasını dayandıra bilməyəcək. Onun rəyinə görə, bu gün monetar amil əsas təsir göstərən amildir.

"İndi məsələ hasilatın kəmiyyət azaldılmasından ibarətdir", - Batunin bildirib.

Onun sözlərinə görə, hasilatın sutkada 2 mln. barel azaldılması disproporsiya və qiymətlərin yüksəlməsinə gətirəcək çox əhəmiyyətli azaltmadır.

"Lakin burada bir sual yaranır - cari vəziyyətdə - dünya iqtisadiyyatında resessiya vəziyyətində belə qərar qəbul etmək lazımdırmı? O yalnız resessiyanı dərinləşdirəcək və nəticədə, neftə olan tələbatın və qiymətlərin daha da azaldılmasına gətirəcək", - Batunin bildirib.

Batuninin bildirdiyinə görə, OPEK ölkələri Səudiyyə Ərəbistanı kimi varlı deyillər və onlara daxili sosial proqramlarını inkişaf etdirmələri üçün pul lazımdır. İlk növbədə, çox ağır daxili vəziyyətləri olan Venesuela və İran kimi dövlətlər hasilatın azaldılmasına təkid edəcəklər.

"Səudiyyə Ərəbistanı kimi ölkələr özlərinin kiçik qardaşları qarşısında geri çəkiləcək və azaltmaya razı olacaqlar. Lakin düşünmürəm ki, hasilatın azaldılması əhəmiyyətli olacaq. Belə ki, o, OPEK ölkələri üçün çox vacib olan neftə tələbatın artımının bərpasını təhlükə altında qoyur", - Batunin bildirib.

Onun rəyinə görə, hasilat sutkada 1 mln. barelədək azaldılacaq.

Sorokinin bildirdiyinə görə, OPEK-in hasilatı sutkada 1 mln. bareldən çox azaltması sürpriz olacaq və neftin qiymətlərinə böyük təsir göstərəcək.

Ötən həftənin əvvəlindən - OPEK-in növbədənkənar iclası ərəfəsində neftin qiymətləri üç faizdən çox artıb. Bu gün Nyu -York Birjasında Amerikanın WTI növlü yüngül neftinin noyabr fyuçerslərinin dəyəri bir barelə görə 2,4 dollar - 74,25 dollaradək artıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti