...

Qazaxıstan iqtisadi böhrana hazırdır – səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2008 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr/   Trend , müxbir N.Abdullayeva/ Qazaxıstan istənilən iqtisadi çağırışlara hazırdır. "Qazaxıstan ölkədə maliyyə böhranına yol verməmək üçün bir sıra addımlar atıb", - Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov cümə axşamı keçirilən Dəyirmi masada  bildirib.

Onun sözlərinə görə, Qazaxıstan öz səylərini makroiqtisadi sabitlik və sosial rifahın təmin edilməsinə yönəldəcək.

"Biz adət etmədiyimiz iqtisadi mühitdə işləməliyik", - Primbetov bildirib. Qazaxıstan hökuməti üçün başlıca məqsəd 2009 - 2010 - cu illərin dünya iqtisadi böhranının nəticələrinin aradan qaldırılmasıdır.

Maliyyə böhranı 2006 - cı ildə ABŞ - da ipoteka kreditləşdirməsi bazarının çökməsi ilə başlayıb. Bu böhranın əsas səbəbi etibarsız borcalanların mənzil kreditlərini qaytarmaması hallarının sayının artması olub. 2007 - ci ilin yayında 100 - dən çox şirkət  müflis olduğunu elan edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:[email protected]

Xəbər lenti

Xəbər lenti