...

MDB - nin maliyyə nazirlərinin növbəti görüşü Sankt -Peterburqda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2008 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir N.İsmayılova/ "Valyuta - maliyyə sahəsində çoxtərəfli qarşılıqlı əlaqələrin dəqiq mexanizmi olmadan, MDB ölkələrinin iqtisadi inteqrasiyasının uğurlu inkişafı çox çətin olacaq ", - deyə cümə günü Birliyin icraçı katibi Sergey Lebedev Bakıda keçirilən "Birlik ölkələrinin maliyyə bazarları: inkişaf və inteqrasiya" beynəlxalq bank konfransında bildirib.

Oktyabrın 10 - da Bişkekdə keçirilmiş sammitdə MDB -nin dövlət başçıları, MDB ölkələrinin maliyyə nazirləri səviyyəsində, daimi fəaliyyət göstərən müşavirəsinin yaradılması barədə qərar qəbul ediblər.

Oktyabrın 21- də bu qrumun ilk iclası keçirilib.

"Maliyyə nazirləri Moskvada toplaşıblar və Birlik ölkələrinin maliyyə bzarlarında hazırkı vəziyyətə dair informasiya mübadiləsi aparıblar. Müşavirədə Birlik dövlərlərinin Maliyyə İdarələri rəhbərlərinin dünya iqtisadiyyatının aktual problemləri, yaranan vəziyyətə dair informasiya mübadəlisi və stabilləşmə üçün görülən tədbirlər barədə dialoqunun davam etdirilməsinə dair razılıq əldə edilib", - deyə Lebedev bildirib.

Maliyyə nazirlərinin növbəti görüşü Sankt-Peterburqda 2009 - cu ilin aprel ayına təyin edilib. "Lakin zərurət yaranarsa, bu görüş tez də keçirilə bilər", - deyə MDB -nin icraçı katibi bildirib.

Məqalə müəllifi ilə əlaqə üunvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti