...

XDG üçün tikilmiş yeni gəmi hərəkət sınaqlarına gedib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2008 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr/ Trend / Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (XDG) üçün Nijn? Novqoroddakı "Krasnoe Sormovo" gəmiqayırma zavodunda tikilmiş "Zəngəzur" tankeri (layihə 19619) hərəkət sınaqlarına gedib, - "Dəniz və neft-qaz layihələri" (DNQL) şirkətlər qrupunun cümə günü yayılan məlumatında bildirilir. Bu tankerin alınmasına dair müqavilə 2008 - ci ilin yanvarında imzalanıb.

Gəmi xam neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulub. Bir reysdə bir neçə neft məhsulu növünün eyni zamanda yüklənə bilməsi imkanı nəzərdə tutulub.

Gəmi müxtəlif hava şəraitində işləyə bilər. Rusiya Dəniz Gəmiçiliyi Registrinin gəmiyə verdiyi sinif - KM L1 1 I [ 1] A1.

19619 layihəli tankerlər "çay - dəniz" sinfinə aiddir, 12 yük və bir durulducu tankla təchiz olunub. İkiqat bortlarda və ikiqat dibdə ballast bölmələrinə malikdir. Onun uzunluğu 150 m, eni 17,30 m, bortunun hündürlüyü - 10,5 m, dedveyti 13 min tondan çoxdur və bu liman terminalları yenidən təchiz edilmədən sərbəst şəkildə Xəzərdə istifadə edilə bilən gəmilər üçün maksimal həddir. Gəmi limanlara daxil olmadan 20 sutka dənizdə ola bilər.

XDG ilə ilk tankerlərə dair müqavilə 2002 - ci ildə bağlanıb. 2006 - cı ildə "Prezident Heydər Əliyev", "Babək", "Şah İsmayıl Xətai", "Koroğlu", "Dədə Qorqud" tankerləri sifarişçiyə verilib və hazırda onlar Xəzər dənizində istismar olunurlar.

Zavod və XDG arasında dedveyti 13 min ton olan daha bir tankerin alınmasına dair müqavilə cari ilin iyununda imzalanıb və 2009 - cu ilin sonunda sifarişçiyə veriləcək.

Dəniz və neft - qaz layihələri şirkətlər qrupu gəmiqayırma və dəniz qazma platformalarının injinirinqi sahələrində layihələrin idarə edilməsini həyata keçirən şirkətdir. Qrupa Krasnoe Sormovo zavodu (Nijn? Novqorod), Volqoqrad gəmiqayırma zavodu, Sormovo maşınqayırma zavodu (Nijn? Novqorod) və Volqoqrad xüsusi maşınqayırma zavodu v? Friede & Goldman (ABH) daxildir.

Xəbər lenti

Xəbər lenti