...

Azərbaycanın ən iri bankı Qətərin maliyyə mərkəzinə daxil olmağa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2008 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr/ Trend , müxbir İ.Xəlilova/"Azərbaycan Beynəlxalq Bankı (ABB) Fars körfəzi ölkələrində iştirakının genişləndirir və Qətərdə Beynəlxalq Maliyyə Mərkəzində törəmə bank açmağı planlaşdırır", - ABB İdarə Heyətinin sədri Cahangir Hacıyev şənbə günü bildirib.

"Danışıqlar hələ də davam edir və biz PricewaterHouseCoopers beynəlxalq audit şirkətinə ABB-nin Qətərdəki törəmə strukturunun fəaliyyətinin biznes-planın hazırlamağı sifariş vermişik", - Hacıyev bildirib.

Biznes-plan ay ərzində hazırlanacaq. Bankın gələcək fəaliyyəti bu biznes-plana əsaslanacaq.

"Paralel olaraq törəmə bankın açılması üzrə təşkilati məsələlər aparılır. Çox ehtimal ki, bu gələn il baş verəcək, - ABB-nin rəhbəri bildirib. - Biz strukturumuza məhdud bank lisenziyasının veriləcəyini gözləyirik".

Noyabrda həmçinin Dubayda rəsmi nümayəndəlik açmaq planlaşdırılır. Hacıyevin sözlərinə görə, növbəti mərhələdə bank nümayəndəliyin törəmə banka çevrilməsi üçün bank, fəaliyyətinə dair lisenziyanın alınması məsələsinin üzərində işləyəcək.

Hazırda ABB-nin nümayəndəlikləri Frankfurtda (Almaniya), Londonda (Böyük Britaniya) və Lüksemburqda fəaliyyət göstərir. ABB cari ilin sonunadən ABŞ-da nümayəndəlik aça bilər və artıq Nyu-Yorkda nümayəndəlik qeydiyyata alınıb. Onu cari ildə və ya gələn ilin əvvəlində açmaq planlaşdırılır. ABŞ-ın Federal Ehtiyat Sistemi iyulun 31-də ABB-nin Nyu-Yorkda nümayəndəliyin açılmasına dair ərizəsinə müsbət cavab verib.

ABB-nin gələcək planlarına Qazaxıstan və Ukraynada nümayəndəlik və törəmə strukturların açılması da daxildir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti