Azərbaycan, Bakı, 25 oktyabr/ Trend , müxbir N.İsmaylova/ "Azərbaycan hər il Dövlətlərinin Beynəlxalq bank konfransının - MDB iştirakçılarının mərkəzinə çevriləcək", - şənbə günü konfransın yekununda MDB-nin Maliyyə-bank şurasının Koordinasiya şurasının sədri Anatoliy Kazakov deyib. Növbəti konfras Bakıda 2009-cu ilin oktyabrında olacaq.
Hal hazırda Krımda yay konfransının keçirilməsi məsələsi müzakirə olunur.
"Xüsusi komissiya lazımdır ki, biz bu məsələləri müzakirə edək. Layihədə müvafiq komissiyanın yaradılması nəzərdə tutulur, hansına ki, qabaqçıl oyunçular dəvət olunacaq", - Kazakov bildirib.
Onun fikirincə, MDB-nə müstəqil hesab sistemi lazımdır.
"Biz beynəlxalq maliyyə mərkəzinin yaradılması barəsində fikirləşirik. Birinci mərhələdə o regional olacaq. Lakin biz regional maliyyə mərkəzinin şəbəkəsini yaratmaq istəyirik. Mərkəzlərin yaradılmasına 10-20 il lazım olacaq", - Kazakov bildirib.