...

Gürcüstan iqtisadiyyatı sarsıntıya tab gətirdi – Baş nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2008 13:07 (UTC +04:00)
Gürcüstan iqtisadiyyatı sarsıntıya tab gətirdi – Baş nazir

Gürcüstan, Tbilisi, 27 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan iqtisadiyyatı sarsıntıya tab gətirə bildi və dünya maliyyə böhranına, həmçinin Cənubi Osetiya ilə bağlı münaqişəyə baxmayaraq, likvidliyi saxladı. Bu barədə bazar ertəsi Gürcüstan-Amerika biznes-sammitinin açılışında Baş nazir Lado Qurqenidze bildirib.

"Bank sektorunda və kreditlərin verilməsində müəyyən problemlər yarandı, lakin beynəlxalq maliyyə institutları bank sektoruna kredit xətləri ayrmağa hazr olduqlarını bildirdikdən sonra, kreditlərin verilməsi prosesi bərpa olundu", - deyə Baş nazir bildirib.

Qurqenidze bildirib ki, Gürcüstanda iqtisadi artımın dayanmasına bu yaxınlarda baş verən münaqişə səbəb olub.

"Lakin biz ümid edirik ki, bu, müvəqqəti haldır və donorlar tərəfindən Gürcüstana maliyyə yardımının ayrılmasından sonra iqtisadiyyat yenidən artmağa başlayacaq", - deyə Qurqenidze bildirib və görüş iştirakçılarını donorların Gürcüstana ayırdığı 4,5 mlrd. dollar həcmində qrant və kreditlərin "təyinatı üzrə sərf olunacağına" əmin edib.

Xəbər lenti

Xəbər lenti