...

AYİB dünya maliyyə böhranı fonunda OTP Bank-ın Azərbaycanın bank sektoruna daxil olmasını müzakirə etməyə hazır deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2008 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr/ Trend , müxbir N.İsmayılova/ 2008-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycanın UniBank-nın səhmdarlığından çıxmaq vaxtı çatır və onun iştirak payının alınmasına iddiaçılardan biri Macarıstanın OTP Bank-dır.

"AYİB-in bütün sərmayələrinin bitmə tarixi var. Avropa Bankı kapital bazasının möhkəmlənməsindən korporativ idarəetmənin yaxşılaşmasınadək müəyyən məqsədlərə çatmaq üçün səhm paketlərini alırıq və bu məqsədlərə nail olduqdan sonra, səhmdarların tərkibindən çıxırıq, - AYİB-in Bakı nümayəndəliyinin rəhbəri Frensis Deley bazar ertəsi Trend -a bildirib. Bu, bizim UniBank-dakı sərmayələrimizə də, digər sərmayələrimizə də aiddir".

Onun sözlərinə görə, AYİB OTP Bank-ın UniBank-a maraq göstərdiyini bilir. "Və biz onların Azərbaycanın bank sektoruna daxil olmasını alqışlayırdıq. Lakin xüsusilə də cari qlobal maliyyə böhranı şəraitində təfərrüatlara şərh verə bilmərik", - Avropa Bankının nümayəndəsi bildirib.

Ötən həftə sonu UniBank-ın İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib ki, yaxın vaxtlarda bankın səhmdarlarının tərkibində dəyişiklik gözlənilmir.

Azərbaycanın bank dairələrindəki mənbələr Trend -a bildiriblər ki, OTP Bank dünya maliyyə böhranı ilə əlaqədar UniBank-ın tərkibinə daxil olmaq barədə niyyətlərindən müvəqqəti vaz keçmək qərarına gəlib.

Avropa Yenidənqurma və Inkişaf Bankı ilə yanaşı bu il Almaniyanın DEG sərmayə korporasiyası ilə müqavilənin də müddəti başa çatır. UniBank-ın səhmlərinin müvafiq olaraq 15,2 və 8,3 faizi onlara məxsusdur.

"Unibank-ın növbəti üç ildə strateji inkişaf planı var. Plana əsasən, bank dinamik inkişafı davam etdirəcək, - bankın minoritar səhmdarlarından biri əvvəllər bildirib. -  Strateji sərmayədarlar Unibank-ın səhmdarlığından çıxsalar da, bank Azərbaycanın etibarlı, mənfəətli və sabit banklarından biri kimi qalacaq"

Unibank Azərbaycanın ikinci ən iri özəl bankıdır. Birinci rübün yarısında ölkənin bank sistemi aktivlərinin 6, pərakəndə depozitlərin 5 faizi onun payına düşüb. Bank avto və ipoteka kreditləri bazarında liderlik edir. Unibank AYIB və DEG-in simasında institusional sərmayədarların səhmdarlığına daxil olduğu birinci Azərbaycan bankı olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti